Hyundai şirkətinin premium subbrendi olan Genesis bölümünün modellərinin «bərkgedən» variantları olacaqdır.Bu barədə məlumatı CarAdvice nəşrinə, N Performance idman bölümünün başçısı Albert Birmann bildirmişdir. «N Performance hər iki brend üçün «qaynar» modellərin hazırlanması həyata keçirir. Tez bir zamanda siz həm Hyundai, həm də Genesis bredindən olan avtomobillərin «N» versiyalarını görəcəksiniz. Sonuncu brendin birdən çox bu qəbildən olan modelləri olacaqdır. Bizim, Genesis avtomobillərinin hazırlanmasını da nəzərdə tutan, gözəl beşillik planlarımız mövcuddur», - deyərək Birmann açıqlama vermişdir.
Bununla bərabər, alman mütəxəssisi bu modellərin yalnız idman görkəmi olan «qaynar» modifikasiyaların deyil, «trekə çıxmağa hazır olan tam təchizatlı» avtomobillər olacağını qeyd etmişdir.
Günan edilir ki, belə qəbildən olan ilk avtomobil, BMW, Audi A4, Mercedes-Benz C-Class və Lexus IS modellərinə rəqib olacaq G70 yığcam sedanının «bərkgedən» variantı ola bilər. Bu sedanın prototipinin bu ilki Nyu-York avtomobil sərgisində nümayiş ediləcəyi ehtimal olunur.
Birmannın sözlərinə görə, yeni avtomobilin platforması yüksək məhsuldarlı mühərriklərin quraşdırılmasını mümkün edəcəkdir. Yeni G70 modelinə, Genesis brendinin ilk modeli olan G90 sedanında debüt etmiş 3,3 litrlik altı silindirli turbomühərrikin quraşdirılacağı istisna edilmir. Səkkiz pilləli avtomatik sürətlər qutusu ilə birgə çalışan mühərrikin 370 at qüvvəsi gücü vardır.
2020-ci ilə kimi, Genesis brendinin model cərgəsi altı modeldən ibarət olmalıdır. G90 və G70 modellərindən başqa, bu cərgəyə Hyundai Genesis modelinin xələfi olan G80 adlı otra ölçülü sedan da daxil olacaqdır. Bundan başqa, yeni subbrend idman avtomobili və iki krossover də hazırlamaq niyyətindədir.