Hyundai şirkətinə məxsus olan Genesis premium markası Nyu York avtosalonunda nümayiş etdirməyi planlaşdırdığı yığcam modelin tizerini dərc edib. Yeni avtomobil elektrik güc aqreqatına malik olan konseptdir. Koreyalılar bu konsepti “yığcam form-faktorda olan böyük sürpriz” kimi səciyyələndirirlər.
Tizerdən göründüyü kimi, yeni konsept üçqapılı hetçbek və ya krossoverdir. Avtomobilin ön hissəsində keçən ilki Genesis Essentia konseptində debüt etmiş firma “qalxanının” olduğu nəzərə çarpır. Bundan başqa, elektrokarın V-şəkilli ön fənərlər və işıqlanan loqotipə sahib olduğu da diqqəti çəkir. Konseptin güc aqreqatı barədə rəsmi məlumat verilməyib.