Hyundai şirkətinə məxsus olan Genesis premium brendi avtomobilin sahibi ilə qarşılıqlı əlaqəsini təmin edən yeni sistemi anons edib. Genesis markasından olan avtomobillərin bir sıra funksiyalarını Google Assistant xidməti vasitəsi ilə idarə etmək mümkün olacaqdır.
Bunun üçün avtomobil sahibinin smartfonunda müvafiq əlavə və firma Genesis Connected xidmətində hesabı olmalıdır. Müxtəlif tapşırıqları həll edən və suallara cavab verən Google köməkçisindən istifadə etməklə mühərrikin və ya havalandırma sisteminin işə salınması barədə sorğular göndərmək, avtomobilin yerini müəyyən etmək, həmçinin kilid və işığı idarə etmək mümkündür. Bundan başqa, sistem uzaq məsafədən Genesis’lərin naviqasiyasına lazım olan məlumatları daxil etmək imkanı da təqdim edir.
Maraqlıdır ki, avtomobillə qarşılıqlı əlaqəni nəinki smartfon, yazılı və ya səsli ismarıclar vasitəsi ilə yaratmaq olar.
Google koməkçisi həmçinin Google Home (virtual köməkçidən istifadə üçün yaradılmış naqilsiz smart-dinamik) vasitəsilə göndərilən komandaları da yerinə yetirir. Bu yeniliklər Genesis markasının model xəttində olan G80 və G90 modellərinə şamil edilir. Avtomobil satın alındıqdan sonrakı üç il müddətində onun sahibi bu xidmətdən pulsuz istifadə edə bilər.