Genesis şirkətinin The Art of the Stunt («Tryuk incəsənəti») seriyasından olan xüsusi reklam videoçarxlarını hazırladığı barədə məlumat vermişik. Dərc edilmiş birinci epizodda Fast&Furious («Forsaj») saqasındakı tryukları Top Gear şousunun keçmiş aparıcısı Tanner Faust təkrar edilmişdi.
Dərc edilmiş ikinci epizodda isə, Baby Driver («Balaca sürücü») filmindəki səhnə yenidən canlandırılmışdı. Bu gün Genesis şirkəti üçüncü son epizodu özünün YouTube kanalında yayımlayıb. Bu dəfə kaskadyorlar Drive («Sürmək») filmindəki tryukları yerinə yetiriblər.
Reklam kampaniyasının əsas məqsədi Genesis G70 sedanının yüksək idarəetmə xüsusiyyətlərini önə çıxarmaqdır.
Genesis G70 modeli 370 at qüvvəsi və 510 Nm fırlanma anı hasil edən 3,3-litrlik altısilindrli biturbomühərrik, həmçinin 252 at qüvvəsi və 353 Nm fırlanma anı hasil edən 2,0-litrlik dördsilindrli turbomühərrik ilə təklif edilir. Bütün güc aqreqatları səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə təchiz edilir. Sedanın top variantı olan Genesis G70 Sport 100 km/saat həddinə 4,7 saniyəyə sürətlənir və 270 km/saat maksimal sürət həddinə malikdir.