Aşağıdakı şəkil yeni Genesis G80 modelinin dizayn xüsusiyyətlərini əks etdirən video çarxdan götürülüb. Tizerə qiqqətlə baxsaq, orada G80 sedanı və onunla əlaqəli olan GV80 krossoverindən başqa daha dörd modeli görmək olar. Güman edirik ki, tizerdə «gizlənmiş» digər modellərin hansılar olduğunu müəyyən edə bilmişik.
Böyük ehtimalla, tizerdə soldan sağa Genesis GV80, onun kiçik qardaşı GV70, G80 sedanı, G70 universalı, həmçinin Essentia kupesi və Mint hetçbeki düzülübdür. Sıradakı ikinci krossover olan GV70 modelinin təqdimatı rəsmi olaraq 2021-ci ilə planlaşdırılıb. Keçən payızda bu modelin kamuflyaja prototipi artıq casuslara rast gəlib. Krossoverin adı onun G70 sedanına əsaslanacağını göstərir - özü də bu Genesis G70 sedanın 80 seriyasından olan modellərin üslubunda ikimərtəbəli işıq texnikasına malik olan yenilənmiş versiyası olacaqdır.
Genesis Essentia Concept
70 seriyasından olan modellər arasında universal kuzovlu avtomobilin peyda olacağı barədə məlumatı, bir müddət bundan öncə, premium markanın yeni rəhbəri Uilyam Li üstüörtülü şəkildə bildirmişdi. Modelin 2020-2021-ci illərin qovşağında debüt edəcəyi güman edilir. Tizerdən göründüyü kimi, bu bir klassik universal deyil, daha dəbli bir avtomobil olacaqdır. Məsələn, Kia Proceed üslubunda.
Genesis Mint Concept
2018-ci ildə New Yorkda debüt edən Genesis Essentia elektrik idman kupesinin istehsalına 2021-ci ildə başlanacaqdır. Bu sportkar Koreya markasının ən bahalı modeli olacaq və çox güman ki, məhdud saylı tirajla buraxılacaqdır. Sıradakı sonuncu model isə, şəhər avtomobili olan Mint hetçbekidır. O, qeyri-adi arxa qayçı-qapılarından məhrum olsa da, əksər halda keçən ilki konseptə sadiq qalacaqdır. Əvvəllər, Mint elektrokarının 350 kilovatlıq sürətli yükləməni dəstəkləyəcəyi və dolu batareya ilə 320 kilometr qət edəcəyi bildirilmişdi.