Hyundai və Kia Nyu-York avtosalonunda iştirak edirlər, lakin Genesis premium brendi üçün başqa yol seçilib. Marka sərginin pavilyonlarında təmsil olunmayıb, buna baxmayaraq, Genesis Nyu-Yorkda öz təqdimatını keçirib. Genesis X Speedium Coupe adlı konsept avtomobili şirkətin firma butikində nümayiş etdirilib.

Bir il bundan əvvəl Genesis X Concept adlı konsept avtomobilini işıq üzü görmüşdü: o, mövcud dizayn nümunələri əsasında yaradılmış və elektriklə hərəkətə gələn böyük kupe idi. Yeni Genesis X Speedium Coupe konsept avtomobili isə, premium markanın dizaynının inkişaf istiqamətini nümayiş etdirir.

Diqqət edilməli əsas cəhət  - ön tərəfin dizaynıdır. Yeni konseptin yoxa çıxmış radiator barmaqlığının formasını, ön fənərlərin davamına çevrilmiş işıq zolaqları əks etdirirlər. Bu üsulla dizaynerlər barmaqlıq şəklində olan rudimentdən imtina edib (elektromobillərdə buna ehtiyac yoxdur) və firma dizayn üslubu qoruyublar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bundan əlavə, Genesis X Speedium kupesi ötənilki konseptdən fərqli silueti fərqlənir: dam daha uzun olub, ayrıca baqaj quyruğu yoxa çıxıb, arxa şüşə isə spoylerə qədər “sürüşdürülüb”.  Soruşa bilərsiniz ki, əcəba Genesis dördyerli kupe hazırlayırmı? Təəssüflər olsun ki, şirkət yeni konsept avtomobilin çeşidin genişlənməsinə dəlalət etmədiyini açıqlayıb. Buna görə də nə texniki göstəricilər, nə də interyer şəkilləri dərc edilməyib.

 © Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.