Hyundai şirkəti Seulda keçiriən avtosalonun çərçivəsində Genesis G90 bayraqdar modelinin Special Edition adını almış xüsusi variantını təqdim etmişdir.
Genesis G90 Special Edition modeli standart sedandan iki rəngli boyanma sxemi ilə seçilir.
Avtomobil aşağı hissəs ağ rəngə, kapot, baqaj qapağı, dayaqlar və dam tünd göy rənginə boyanmışdır. Bundan başqa, sedan tünd boya ilə rənglənmiş təkər disklərinə də sahib olmuşdur. Bildiyimiz kimi, Hyundai şirkətinin premium subbrendi olan Genesis markası G90 və G80 modellərini təklif edir. Genesis G90 modeli markanın bayraqdar sedanı sayılır. Avtomobilin qabarit uzunluöu 5205 millimetr, eni - 1915 millimetr, hündürlüyü isə 1495 millimetr təşkil edir. Sedanın təkər bazasının uzunluğu 3160 millimetrə bərabərdir. Genesis G90 modeli üç benzin mühərriki ilə təchiz edilir ki, bunlardan ikisi atmosfer, biri isə turbokompressorlu mühərrikdir.
Sedanın mühərrik çeşidinə daxil olan 3,3-litrlik altısilindrli biturbomühərrik 370 at qüvvəsi təklif edir. 3,8 və 5,9-litrlik atmosfer mühərriklərinin gücü isə, müvafiq olaraq, 312 və 425 at qüvvəsi təşkil edir. Transmissiya yalnız səkkiz diapazonlu «avtomatdır».