Keçmiş Formula 1 pilotu Gerhard Berger DTM çempionatının təşkilat şurasının sədri vəzifəsinə təyin edilmişdir. İlin əvvəlində avstriyalı alman yarış birinciliyinin rəhbəri vəzifəsini tutmaq barədə təklif aldığını bildirmişdi.

O zaman, işgüzar öhdəliklərlə bağlı olduğu bidirən Berger bu təklifdən imtina etmişdi. Bununla belə, bu gün Bergerin ITR təşkilatının yeni sədri təyin barədə rəsmi açıqlama verilmişdir. O, bu vəzifədə Hans-Verner Aufrexti əvəz edəcəkdir. Aufrext gözlənildiyi kimi, Hans-Yurgen Abt və Uolter Mertes ilə birlikdə DTM çempionatının təşkilat şurasını tərk etmişdir.

Yeni vəzifəsi çərçivəsində Berger DTM çempionatının üzünmüddətli perspektivdə cəlbediciliyinin yüksəldilməsi üzərində çalışacaqdır.

«Avtomobil idmanındakı karyeramı məhz turinq çempionatında başlamışam, - söyləyən Berger davam etmişdir. - DTM sərbəst və güclü reqlamenti, aparıcı istehsalçıları, iri sponsorları, nüfuzlu beynəlxaq tərəfdaşları və bpyük azarkeş kütləsi olan yüksək səviyyəli məhsuldur. Bununla belə, bu çempionat daha böyük imkanlara malikdir. Yaxın həftələr ərzində həmkarlarımın köməyi diqqətimi detallarla tanış olmağa yönəldəcəyəm. Biz mövcud olan möhkəm əsasdan gələcəyə yönəlik yeni strategiyanın hazırlanmasında istifadə etməliyik».