Ferrari komandasının sabiq pilotu Gerhard Berger keçmiş komandasının cari mövsüm üçün əldə etdiyi nəticələrindən narazıdı.
Onun sözlərinə görə komanda öz üzərində işləyə bilmir və gülünc səhvlərə yol verir: "Diqqət edilməli çox şey var, hal hazırda nəticələr və komandanın qərarlaşdığı pillə məni qane etmir. Luka Kordero di Montezemolo və Stefano Domenikallinin gedişi Ferrari komandasını xeyli dəyişib. Təəssüf ki, komandanın bu günki tərkibindən xəbərsizəm, amma onu da demək lazımdı ki, Mattia Binotto rəhbər postuna təyin olunduqdan sonra nəyəsə ümid etmək olar, qaydasına düşən bəzi məqamlar var.
Fikrimcə bolidin sürəti haqda nəsə demək olduqca çətindi, amma komanda layiqli qalibiyyət arzulayırsa o zaman diqqətli olmalı, səhvlərini görməyi bacarmalı və hər şeyin qaydasına qoymalıdır."