Britaniyanın sportprototiplər istehsalçısı olan Ginetta unikal V8 mühərriki ilə təchiz edilmiş superkarı hazırlayıb. 320 km/saatın üzərində sürətə malik olan adsız superkarın kütləvi təqdimatı mart ayının əvvəlində işinə başlayacaq Cenevrə avtosalonunda keçiriləcəkdir.
Ginetta superkarının əsasını quraşdırlmış oturacaqları olan və karbonplastikdən panellərin altında gizlədilmiş karbon monokok təşkil edir. Avtomobil Ginetta tərəfindən hazırlanmış silindrlər blokunun aşırımı 90 dərəcə olan 6,0-litrlik V8 mühərriki ilə təchiz edilir. Güc aqreqatının hasilatı 608 at qüvvəsi və 705 Nm fırlanma anı təşkil edir. Bütov alüminium parçasından hazırlanmış bloka malik olan atmosfer mühərriki bazada yerləşdirilib.
Sükanaltı dəstəkləri olan altı pilləli sekvental qutusu Ginetta firmasının unikal işləmələrindən biridir.Qutu differensial ilə bir blokda yığılıb və mühərriklə qısa karbon elementlə birləşdirilib. Superkarın kuzovunun deformasiya zonaları FIA GT3 texniki tələblərinə cavab verir. Avtomobil puş-rodları olan ikiqat köndələn qolları və tənzimlənən amortizatorları olan asqı sistemi, Alcon karbon əyləc diskləri, öndə 19-düymlük, arxada 20-düymlük və 160 km/saatda 376 kiloqram yerəbasma gücü hasil edən aerodinamik dayaq ilə təchiz edilir.