Chevrolet şirkəti ABŞ-ın dövlət patentlər bürosunda Corvette E-Ray adını qeydiyyata almışdır. Bu ad çox güman ki, avtomobilin hibrid versiyası üçün istifadə olunacaqdır. Lakin, bu barədə hələlik təfsilatlı məlumat yoxdur. KİV-lər belə hesab edirlər ki, arxa oxun ardında yerləşdiriləcək generator quraşdırılmış elektrik mühərriki, əylənmə zamanı litium-ion batareyaları dolduracaq və sürətlənmə zamanı daxili yanacaq mühərrikinə dəstək olacaqdır.
Digər bir ehtimal - elektrik mühərrikinin ön oxda yerləşdiriləcək və bu yolla Corvette’in tam çəkişli olacaqdır. Bundan əlavə, GM’in elektrik mühərriklər sahəsində əldə etdiyi nailiyyətləri nəzərə alsaq, sportkarın tam elektrik variantının da istehsal ediləcəyi mümkündür.
Amma belə bir avtomobilin nə zaman işıq üzü görəcəyi məlum deyil. Əldə edilən məlumata görə, Corvette’in hibrid və elektrik variantından başqa, GM ortamühərrikli idman avtomobili layihəsi üzərində də çalışır.