GMC Acadia modeli Şimali Amerika bazarında Ford Explorer, Toyota Highlander və Volkswagen Teramont modeli ilə rəqabət aparır. Cari nəsil Acadia modeli üç il bundan öncə debüt edib və Chevrolet Traverse modeli ilə texniki cəhətdən unifikasiya olunubdur. Bu günlərdə amerikan istehsalçısı yenilənmiş Acadia modelini təqdim edib.
İlk növbədə krossover ikiaxınlı turbokompressoru və iki silindrlin söndürülməsi funksiyasına malik olan 2,0-litrlik dörd silindrli mühərrikə sahib olub. Turbomühərrik 233 at qüvvəsi və 350 Nm fırlanma anı hasil edir. Avtomobilin mühərrik çeşiridnə standart modifikasiyalara qismət olan 196 at qüvvəli 2,5-litrlik atmosfer mühərriki və top variantı bəzəyən 314 at qüvvəli 3,6-litrlik aqreqat qalmaqdadır.
İkinci yenilik doqquz diapazonlu avtomatik qutudur. Yeni transmissiya altı pilləli variantı əvəz edib. Yeni qutu bütün aqreqatlar üçün təklif edilir və ənənəvi selektor əvəzinə mərkəzi konsolda yerləşdirilmiş düyməli idarəetmə pultuna malikdir. Bu yenilik mərkəzi tonneldə məkanı boşaltmağa və stəkanaltıları daha rahat yerə çəkməyə imkan verib. Bundan başqa, salonda yaxşılaşdırılmış qrafikaya malik olan yeni multimedia sistemi də quraşdırılıb. Sonradan krossoverin avadanlıq siyahısına proyeksiya displeyi də əlavə olunmalıdır.
Eyni zamanda, krossoverin arxa kamerasının icazəsi genişləndirilib. Əlavə ödənişlər quraşdırılmış displeyi olan salon güzgüsünü də sifariş etmək olar ki, bu güzgü Cadillac modellərində olduğu kimi, ikinci kameradan alınan görüntünü əks etdirəcəkdir. Yəni, oturacaq başlıqları və arxa dayaqlar olmadan alınan təmiz görüntü...
GMC Acadia AT4
Zahiri cəhətdən yenilənmiş GMC Acadia modelini C-şəkilli gündüz hərəkət işıqları, böyüdülmüş radiator barmaqlığı, yeni bamperlər, arxa fənərlər və yan güzgülərin gövdələri sayəsində tanımaq olar. Avtomobilin asqı sistemi də yenilənmiş, təkər disklərinin dizaynı yenilənmişdir.
GMC Acadia modelinin yolsuzluq üçün nəzərdə tutulmuş AT4 modifikasiyası da peyda olub. Acadia AT4 modifikasiyası qara eksteryer dekoru, yolsuzluq şinləri, həmçinin GKN şirkətinin transmissiyası ilə təchiz edilir.Bu transmissiya elektronika ilə idarələnən iki muftaya malikdir ki, onlardan birincisi arxa oxu qoşur, ikincisi isə differensialın qapanmasına cavabdehdir. AT4 modeli yalnız 3,6-litrlik mühərrik ilə təklif ediləcəkdir.
Yenilənmiş GMC Acadia ABŞ bazarında payız aylarında satışa çıxarılacaqdır.