Pikaplar artıq uzun zamandır ki, utilitar “yük avtomobilləri” deyillər və bunun əyani sübutu kimi, ABŞ-da debüt edən yeni nəsil GMC Canyon pikapını göstərmək olar. General Motors konserni Chevrolet Colorado və GMC Canyon pikaplarını mümkün olduğu qədər bir-birindən ayırmağa qərar verib və sonuncunu daha dəbdəbəli edib.
Bundan sonra GMC Canyon modelinin mühərrik çeşidində dizel aqreqatı olmayacaqdır. Pikap yalnız 8-pilləli avtomatik transmissiya ilə tandemdə çalışan 314 at qüvvəli 2,7-litrlik “turbodördlük” ilə təklif ediləcəkdir. “Sadə” versiyalar da olmayacaq - alıcılar AT4, Denali və AT4X versiyaları arasında seçim edə biləcəklər.
GMC Canyon AT4
Zahiri cəhətdən, yeni Canyon pikapını ikimərtəbəli ön işıq texnikası və iri radiator barmaqlığı sayəsində tanımaq olar. Bununla belə, nəsil dəyişikliyi ilə birlikdə pikapın ölçüləri cüzi də olsa dəyişib. Belə ki, onun təkər bazasının ölçüsü sələfi ilə müqayisədə 79 millimetr artıb, ön kuzov çıxışı isə qısalıb.
Chevrolet Colorado pikapında olduğu kimi, GMC Canyon da yalnız ikisıralı kabin və yeganə variantda yük platforması ilə təklif edilir. Elevation baza versiyasında pikap 18-düymlük təkər diskləri və 8,0-düymlük rəqəmsal cihazlar paneli ilə təchiz olunur, onun klirensi isə 245 millimetrdir.
GMC Canyon Denali
GMC Canyon dörd versiyada debüt edib. Sözügedən Elevation versiyası arxa və ya tam ötürməli ola bilər, qalan versiyalar isə, istinasız tamötürməlidirlər. Canyon AT4 adlanan “orta” təchizat səviyyəsi digərlərindən fərqli dizaynı olan bamperləri ilə seçilir: belə pikap özükilidlənən arxa diferensial və ofroud şinləri ilə təchiz olunur. Bu halda cihazlar panelini diaqonalı 11 düymdür, proyeksiya displeyi və oturacaqların havalandırılması da nəzərdə tutulub.
“Dəbdəbəli” GMC Canyon Denali pikapı genişləndirilmiş xrom paketinə, əsl ağacdan dekoru olan dəri salona və 20-düymlük təkər disklərinə sahib olub.
GMC Canyon ATX4 Edition1
İyerarxiyadakı növbəti versiya gücləndirilmiş asqıya, Multimatic DSSV amortizatorlarına, 33-düymlük şinlərə və 271 millimetrlik klirensə malik olan Canyon AT4X pikapıdır. Belə pikap hər iki oxlararası diferensialının məcburi kilidlənməsinə, altlığın müdafiəsinə və əlavə Baja ofroud rejiminə malikdir.
Satışların başlanğıcında model opsional Edition 1 paketi ilə təklif ediləcəkdir. Belə versiyanın əsas xüsusiyyəti pikapım altında quraşdırılmış və alınmış təsvirləri salondakı 11,3-düymlük ekranda real vaxt rejimində yayımlayan kameralardır.
Yeni GMC Canyon pikapının istehsalı Missuridəki GM zavodunda təşkil edilib və modelin seriya istehsalına gələn il başlanacaqdır. Artıq yuxarıda qeyd etdiyimiz kimi, pikaplar konveyerdən səkkiz pilləli “avtomat” ilə tandemdə çaalışan 314 at qüvvəli 2,7 litrlik benzin turbomühərriki ilə çıxacaqlar.
Satışların başlaması 2023-cü ilin yazına planlaşdırılıb.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.