GM konserninin nəzarətində olan GMC markası, yenidən dirçəldilən Hummer modelinin imkanlarını göstərən daha bir videoçarxı yayımlayıb. Bu dəfə, GMC Hummer EV elektrik pikapının prototipi “ponçiklər” çəkərək və öz ətrafında qar dumanını qaldırır.
GMC şirkəti Hummer elektrik pikapını keçən ilin oktyabrında nümayiş etdirsə də, bu günə qədər onun “əmtəə” versiyasını göstərməyib. Şirkət, elektrik pikapının geniş miqyaslı istehsalına 2021-ci ilin sonunadək başlayacağına söz verib. Buna baxmayaraq, modelin inkişafı mərhələsi hələ də davam etdirilir.
Hummer modelionə olan marağını qorumaq üçün, GMC şirkəti pikapın müxtəlif imkanlarını əks etdirən qısa videolar yayımlamağa davam edir. Əvvəllər pikapın diaqonal üzrə hərəkət etməsinə imkan verən Crab Mode rejiminin nümayiş etdirildiyi videoçarx yayımlanmışdı, bu gün isə, GMC ofrouderin qarda dairələr çəkərək əyləndiyini göstərib.
Facebook sosial şəbəkəsində dərc edilmiş videonun altındakı şərhlərdə istifadəçilər drifti tərifləyiblər, lakin GMC şirkətini pikap üçün yalnız elektrik güc qurğusu seçdiyinə görə tənqid ediblər. "Yaxşı ki, arxada batareyanı dolduracaq generatoru daşımaq üçün kifayət qədər yer var", - bir istifadəçi sərh yazıb.
Digərləri ofrouderin kiçik pəncərələrinə və məhdud görünüş qabiliyyətinə diqqət yetiriblər, lakin əksər şərhçilər üçün əsas çatışmazlıq Hummer EV modelinin qiyməti olub. İlkin olaraq, müştərilərə çatdırılacaq Edition 1 versiyasının GMC tərəfindən 113.000 dollara qiymətləndirildiyi məlumdur. Müqayisə üçün, rəqib Tesla Cybertruck pikapı üçün ən azı 39,990 dollar tələn edilir.
Hummer EV Edition 1 pikapı 1014 at qüvvəsi hasil edən üçmühərrikli elektrik güc qurğusu ilə təchiz edilir. Sıfırdan ilk "yüzə" qədər sürətlənmə üç saniyə çəkir. Tamamilə dolu olan Ultium batareyası elektrik yükləmədən 560 kilometrdən çox məsafə qət etməyə imkan verir. Pikpaın daha ucuz ikimühərrikli versiyası 2022-ci ildə, baza versiyası isə yalnız 2024-cü ildə işıq üzü görəcəkdir.