GM konserni Chevrolet Silverado 1500 pikapının ardınca, onun daha bahalı versiyası olan GMC Sierra 1500 modelini yeniləyib. Xatırladaq ki, cari nəsildə Sierra modeli Silverado pikapından ciddi şəkildə uzaqlaşdırılıb: ilk dəfə olaraq, demək olar ki, bütün kuzov panelləri orijinaldır, opsiyalar siyahısında isə unikal elementlər var. Yenilənmə bu məsafəni daha da artırıb – artıq Sierra modelinin öz interyeri də var.

Baza Pro versiyası istisna olmaqla, bütün təchizat səviyyələrində yeni ön panel quraşdırılır. Yeni paneldə əvvəlki kimi şaquli deyil, üfüqi tərtibat üstünlük təşkil edir: havalandırma sisteminin mərkəzi deflektroları eninə doğru uzadılıblar, düymə blokları və 13,4-düymlük genişformatlı ekranı olan mediasistemin dəstəkləri sıra ilə düzülüblər. Cihazlar paneli artıq rəqəmsaldır və 12,3 düym diaqonalı olan displeyə malikdir.

GMC Sierra 1500 Denali Ultimate

Əlavə ödəniş qarşılığında 15-düymlük proyeksiya ekranını və sükan qolunun elektrik ötürməsini sifariş etmək olar. İki ayrı oturacağı olan ən bahalı versiyalar transmissiyanın selektoru yerləşən tam ölçülü mərkəzi tunelə malikdirlər, bütöv üç nəfərlik ön divanı olan pikaplarda isə, transmissiyanın ənənəvi sükanaltı qolu quraşdırılır.

GMC Sierra zahiri cəhətdən də dəyişib: digər GMC modellərinin üslubunda ön fənərlər (animasiyalı dönmə işıqları ilə), başqa bamperlər və radiator barmaqlığı peyda olub. Opsiyalar arasında karbonplasikdən hazırlanmış yük platforması (standart polad bənzərindən daha möhkəm və tutumlu) və quraşdırılmış açılan bölməsi olan MultiPro (altı transformasiya variantı nəzərdə tutulub) arxa bortu var.  

GMC Sierra 1500 Denali Ultimate

Pikapın mühərrik çeşidindən 4,3-litrlik V6 atmosfer mühərriki çıxarılıb, lakin baza aqreqatı sayılan 2,7-litrlik dördsilindrli turbomühərrik daha möhkəm silindrlər blokuna və dirsəkli vala malikdir. Onun gücü əvvəlki kimi 314 at qüvvəsidir, lakin fırlanma anı 20% artaraq 569 Nm-ə çatıb. Üstəlik, bu mühərrikin tandemdə çalışdığı səkkiz diapazonlu “avtomat” yenidən tənzimlənib.

Atmosfer “səkkizliklər” dəyişməz qalıblar: 5,3-litrlik mühərrik 360 at qüvvəsi və 519 Nm, 6,2-litrlik aqreqat isə, 426 at qüvvəsi və 623 Nm hasil edir. Sıralı altısilindrli 3,0-litrlik turbodizel, əvvəlki kimi, 281 at qüvvəsi və 623 Nm fırlanma anı təklif edir, lakin bu mühərriklə təchiz edilən pikaplar indi gücləndirilmiş ramaya malikdirlər. Bu səbəbdən də, yedəyə götürülən qoşqunun çəkisi 4,2 tondan 6 tona qədər artıb. Göstərilən hər üç mühərrik 10-pilləli “avtomat” ilə təchiz edilir.

GMC Sierra 1500 Denali Ultimate

Modifikasiya çeşidinin zirvəsində yeni Denali Ultimate versiyası peyda olub. Yeni versiya Denali variantından daha zəngindir. Belə pikap oturacaqların və ön panelin dəri ilə üzlənməsinə, açıq məsamələri olan ağac şponundan dekora, Bose səs sisteminə, 22-düymlük təkər disklərinə və qara rəngli eksteryer dekoruna malikdir. GMC Sierra Denali Ultimate modeli yalnız ən güclü 6,2-litrlik V8 mühərriki ilə təıklif edilir, üstəlik bu, Super Cruise adaptiv kruiz-kontroluna malik olan ilk versiyadır. Xatırladaq ki, ABŞ və Kanadada bu sistemi işlətməyə icazə verən 320 min kilometr uzunluğunda yollar mövcuddur.

Bundan başqa, pikapın çeşidinə AT4X versiyası da əlavə olunub. Mövcud olan AT4 versiyasının bazasında inşa edilmiş pikap, daha ciddi ofroud xarakteristikalarına sahib olub. Onun əsas xüsusiyyəti – yeni yaylar, habelə gövdənin xaricinə çıxarılmış və ayrı klapanları olan üç kamera ilə təchiz edilmiş Multimatic DSSV amortizatorlarıdır. Ön asqının gedişi 50 millimetr, arxanın isə 25 millimetr artırılıb, lakin pikapın klirensi AT4 modelində olduğu kimi 276 millimetrdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Digər yeniliklər arasında təkərlərarası differensialın elektron kilidlənməsi, altlığın əlavə müdafiəsi və Terrain Model sisteminin “bir pedalla” hərəkət etməyə imkan verən “sürünən” ofroud rejimi var. Chevrolet Silverado ZR2 modelindən fərqli olaraq, bamperlər və şinlər dəyişdirilməyib. Baza mühərriki ən güclü 6,2-litrlik V8 mühərrikdir.

Yenilənmiş GMC Sierra 1500 pikaplarə 2022-ci ilik ilk rübündə satışa çıxmalıdırlar. Həmişəki kimi, bircərgəli və iki variantda ikicərgəli kabin seçimi olacaqdır. Modelin “işçi” Pro versiyasının qiyməti 32.500 dollardan başlayacaqdır. Yeni AT4X ofroud versiyası 75 min dollardan, Denali Ultimate isə 80 min dollardan başlayan qiymətlərlə təklif ediləcəkdirlər.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.