GMC şirkəti elektrik pikapının təqdimatına hazırlıq işlərini davam etdirir. Yeni pikapın Hummer adlandırılacağı da artıq məlumdur. Amerikan markası yenidən bu ada müraciət etmək qərarına gəlib. Yeni pikapın yazda debüt etməsi planlaşdırılsa da, koronavirus pandemiyası bu planları alt-üst edib. Bu səbəbdən də, təqdimat bu ilin payızına təxirə salınıb.
Bu gün amerikan avtomobil istehsalçısı yeni modelə həsr olunmuş yeni videoçarxı yayımlayıb. Yeni videoçarxda ofrouderin maraqlı cəhətlərindən söz açılır. Məsələn, onların arasında "yengəc rejimi" də vardır.
Hummer pikapının yeni Tahoe modelinin əsasını təşkil edən GMT T1XX platformasının variantlarından biri olan BT1 platformasında inşa ediləcəyi məlumdur. Pikap və ofrouderin istehsalı, əvvəllər Chevrolet Impala və Cadillac CT6 modellərinin buraxıldığı D-HAM (Detroyt) müəssisəsində təşkil ediləcəkdir. Yeni pikapın istehsalı 2021-ci ilin ikinci yarısında başlanmalıdır.
Hummer pikapı 1000 at qüvvəsi və 15 592 Nm fırlanma anı (kəmiyyət ötürmə nisbətləri nəzərə alınmaqla təkərlərdə olduğu qədər göstərilmişdir) hasil edən üç elektrik mühərrikindən və Ultium batareyasından ibarət olan güc qurğusunu alacaqdır. Belə güc qurğusu elektrik pikapına 60 mil/saat (97 km/saat) həddinə üç saniyəyə sürətlənməyə yardım edəcəkdir.
Yeni videodan "Hammer" modelinin Adrenaline Mode və Crab Mode rejimləri ilə təchiz ediləcəyi də məlum olub. Çox güman ki, birinci rejimdə güc qurğusu tam gücü ilə işləyəcəkdir. İkinci rekim isə, Rivian pikapında olduğu kimi, yana doğu hərəkət etməyə və ya tank kimi yerində dönməyə imkan verəcəkdir. Bundan başqa, pikapın nəhəng şüşə bölmələri olan çıxarılan dama və ultrasürətli yükləməni dəstəkləyən sistemə malik olacaqdır.
Videoda nümayiş etdirilən ofrouderə gəlincə, onun təqdimatının pikapdan sonra baş tutacağı ehtimal olunur. Hummer modelinin rəqiblərinin Tesla Cybertruck və Rivian R1T olacağı bildirilir. Sonuncu hazırda Arizona səhrasında sınaqlardan keçirilir.