Chevrolet Tahoe/Suburban ailəsinin planlaşdırılan modernləşdirməsi ötən ilin sonunda həyata keçirilib. Bir ay əvvəl isə, dəbdəbəli Cadillac Escalade yenilənib. İndi növbə GMC Yukon ofrouderinə gəlib çatıb. O, Şimali Amerikadan kənarda az tanınsa da, vətənində yaxşı tələbata malikdir: keçən il ABŞ bazarında 82 min Yukon satılıb, Tahoe/Suburban cütlüyü 163 min, Escalade isə, 42 min alıcı tapıb.

Ofrouder ona məxsus olan brutal üslubunu qoruyub saxlasa da, onun görünüşü nəzərəçarpacaq dərəcədə dəyişib. Faralar daha da nazikləşib və hündürləşiblər, yeni radiator barmaqlığı isə, indi LED işıqlandırmaya malik ola bilər. Arxa işıqların LED doldurulması dəyişib, dəyirmi çıxış boruları düzbucaqlılarla əvəz olunub.

Escalade kimi, yenilənmiş GMC Yukon üçün də 24-düymlük diskləri sifariş etmək olar. Bununla belə, AT4 Ultimate ofroud versiyası üçün yüksək profilli şinləri olan 20-düymlük təkər diskləri nəzərdə tutulub. Belə Yukon həmçinin başqa bamperlər və radiator barmaqlığı, mühərrikin əlavə mühafizəsi və açıq-qırmızı rəngli yedəkləmə gözləri ilə seçilir.

İnteryerdə tamamilə yeni ön panel quraşdırılıb və onun qohum Chevrolet və Cadillac modellərinin tərtibatı ilə heç bir əlaqəsi yoxdur. Yukon media sisteminin 16,8-düymlük şaquli ekranına malik olan yeganə modeldir.

Üstəlik, onun altında bəzi fiziki açarlar qorunub saxlanılıb, bununla belə, onların ümumi sayı əhəmiyyətli dərəcədə azalıb. Sürücünün qarşısında yeni sükan çarxı və virtual cihazlar paneli quraşdırılıb. 

Ümumiyyətlə, interyer daha da zəngin olub, opsiyalar siyahısına ikinci cərgə üçün klimat-kontrol (ayrıca səkkiz düymlük ekrandan idarə olunur), başlıqlardakı planşetlər, panoram dam və ön oturacaqların başlıqlarındakı dinamiklər də daxil olmaqla 22 dinamikə malik premium audio sistemi daxildir.

Elektron köməkçilər kompleksi genişləndirilib və termal görüntü cihazı ilə tamamlanıb.

Cadillac ofroyderindən fərqli olaraq, yenilənmiş GMC Yukon sıralı altısilindrli 3,0-litrlik Duramax turbodizelini qoruyub saxlayıb. Tahoe/Suburban modellərindəki kimi, o da təkmilləşdirilib: yeni porşenlər, yağlama və soyutma sistemləri, turbokompressor və yüksək məhsuldarlıqlı injektorlar hasilatı 281 at qüvvəsi və 623 Nm-dən 309 at qüvvəsi və 671 Nm-ə qədər artırıb.

Bundan əlavə, belə dizel mühərriki indi Yukon modelinin bütün modifikasiyaları üçün əlçatandır. 5,3-litrlik (360 at qüvvəsi, 519 Nm) və 6,2-litrlik (426 at qüvvəsi, 623 Nm) V8 atmosfer benzin mühərrikləri çeşiddəki yerlərini qoruyublar. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Hər üç mühərrik 10-pilləli avtomatik transmissiya ilə birlikdə çalışırlar. Sadə versiyalar - arxa ötürməlidirlər, əlavə ödəniş müqabilində isə, ön oxda muftası və azaldıcı pilləsi olan tam ötürmə sistemini sifariş etmək mümkündür. Yedəyə alınan qoşqunun maksimal çəkisi 3810 kiloqramdır.

Yenilənmiş GMC Yukon ofrouderlərinin Arlinqtondakı (Texas, ABŞ) zavodda istehsalına yaxın aylarda start veriləcək, ilk əmtəə avtomobilləri ilin sonuna qədər Amerikadakı dilerlərə göndəriləcək. Hazırda restaylinqdən əvvəlki avtomobillərin qiymətləri 58 min dollardan başlayır. Maraqlıdır ki, plana görə, Yukon Avstraliya bazarında da satılmalıdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.