GMC şirkəti Yukon və Yukon XL ofroderinin SLT Premium Edition modifikasiyasını təqdim etmişdir. Əslində hər iki model müştərilərə geniş fərdiləşdirmə imkanları verən və xrom işləmələrlə bol olan opsional dəsti əldə etmiş olurlar. GMC Yukon SLT Premium Edition və Yukon XL SLT Premium Edition modellərinin rəsmi satışlarına bu ilin yayında başlanılmalıdır. «Premium» ofroderlər adi avtomobillərdən xromla örtülmüş səthi olan 22-düymlük təkər diskləri, xrom radiator barmaqlığı, xrom moldinqlər və buraxılış sisteminin xüsusi cilalanmış boruları ilə seçilir.
GMC şirkətinin nümayəndələrinin bildirdiyinə görə, xüsusi Yukon SLT Premium Edition modifikasiyası «tələbkar müştərilərə yeni texnologiyalarla təchiz edilmiş, rahat və premium üslubunda elementləri olan iri ölçülü nəfis SUV əldə etmək» imkanı yaradacaqdır. Opsional «xrom» Premium Edition dəsti GMC Yukon SLT və Yukon XL SLT modelləri üçün nəzərdə tutulmuşdur.
Hər iki avtomobil güclü 5.3L EcoTec3 V8 mühərriki ilə təchiz edilir ki, bu mühərrikin də gücü 355 at qüvvəsi, fırlanma anı isə 519 Nm təşkil edir. Hər iki ofroder iki tip ötürmə - tam və ya arxadan öterməli çəkiş ilə təklif edilir. Bundan başqa, hər iki model gücü 420 at qüvvəsi, fırlanma anı isə 610 Nm olan 6.2L EcoTec3 V8 mühərriki ilə də təchiz edilə bilər.
Premium Edition seriyasından olan avtomobillərin təchizatına elektriklə tənzimlənən oturacaqlar, baqaj bölməsinin qapısının elektriklə açılıb-bağlanması, 8-düymlük sensorlu akranı və smartfonları dəstəklərən Apple CarPlay və Android Auto funksiyası olan İntelliLink multimedia sistemi, «açarsız» giriş sistemi və bir sıra gərəkli sistemlər daxildir. Avtomobillər həmçinin, geniş sayda təhlükəsizlik və sürücüyə yardım sistemləri ilə də təchiz edilmişdir.