Goodyear Tire & Rubber şirkəti 90% ekoloji cəhətdən təmiz və bioloji materiallardan hazırlanmış şinləri təqdim edib. Yeni məhsulun hazırlanması üçün istifadə olunan xammal şam qətranları, bitki yağları, metal qırıntıları və düyü qabıqlarından alınan silikageldən ibarətdir. Şinlər hələlik texnologiya nümayişçisi kimi qalacaqlar, lakin ilin sonuna qədər tərkibində 70% ekoloji təmiz xammal olan şinlər satışa çıxarılacaqdır.

90% ekoloji materiallardan hazırlanmış şinlər Goodyear şirkətinin bütün daxili sınaqlarından keçib və ictimai yollarda istifadə üçün təsdiqlənib. Bununla belə, onlar satışa çıxarılmayacaqlar, şirkətin texnologiyalarının və imkanlarının nümayişçisi kimi qalacaqlar. Bunun əvəzinə, bu il Goodyear müştərilərinə 70% bioloji və təkrar emal edilmiş materiallardan hazırlanan şinləri təklif edəcəkdir. 2030-cu ilə qədər isə, istehsalçının ilk ekoloji cəhətdən təmiz şinləri məhsul çeşidində peyda olacaqlar.

Michelin şinlərində olduğu kimi, Goodyear da ekoloji cəhətdən təmiz şinləri istehsal etmək üçün daha çox təbii inqrediyentlərdən istifadə edir. Məsələn, kompaundu gücləndirmək üçün lazım olan karbon metan, karbon qazı, bitki və piroliz yağlarından əldə edilir.

Temperaturun dəyişməsi zamanı elastikliyin qorunmasına soya yağı kömək edir, ilişməni artırmağa və eyni zamanda yanacaq sərfiyyatını azaltmağa düyü qabıqlarına əsaslanan silikagel xidmət göstərəcəkdir. Şinlərin tərkibinə təkrar emal edilmiş polyester, həmçinin tərkibində yüksək dərəcədə təkrar emal edilmiş materiallar və şam qatranı olan polad daxildir.

Ümumilikdə, Goodyear şinləri 12 müxtəlif komponentdə istifadə olunan  ekoloji cəhətdən təmiz 17 inqrediyentdən ibarətdir. Üstəlik, belə şinləri bu gündən başlayaraq kütləvi şəkildə istehsal etmək olar. Düzdür, şirkət tələsmir və öz çeşidini tədricən genişləndirəcəkdir.

Bu il, 70% ekoloji təmiz materiallardan ibarət olan şinlərin ilk nümunələri satışa çıxacaqlar. Ümumiyyətlə, onlar nümayişçini təkrarlayırlar, yəni bitki yağlarından və təkrar emal edilmiş materiallardan hazırlanırlar.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.