Cenevrə avtosalonunda Goodyer şirkəti maraqlı təkər konseptini nümayiş etdirib. Eagle-360 və Eagle 360 Urban konseptlərindən fərqli olaraq, Oxygene adlanan şinlər daha maraqlıdırlar. Bu şinlər canlı mamırla doldurulubdur.
Unikal açıq protector sayəsində şinlər yol səthindən suyu çəkir, havadakı CO2 “udaraq” fotosintezin köməkliyi ilə oksigen ayırır. 3D printerində çap edilən şinlər deşilməkdən qorxmurlar və köhnəlmiş təkərlərin emalından alınan rezin tozundan hazırlanırlar. Fotosintez prosesində şin quraşdırılmış elektronikanın - süni intellect bloku, verici və işıqlanan çevrənin, - qidalanması üçün enerjini generasiya edir.
Şinin təchzi edildiyi işıqlanan çevrə digər sürücü və piyadaları həyata keçiriləcək manevrlər barədə xəbərdar edir.
Goodyer Oxygene “əşyalar internetinə” qoşularaq nəqliyyat vasitələri və ətraf infrastruktur ilə məlumat mübadiləsini həyata keçirir.
“Havanın təmizlənməsinə öz töhfəsini verməklə yanaşı, təkərlər şəhər sakinlərinin həyat səviyyəsinin artırılmasına da kömək edə bilər, - Goodyear Europe şirkətinin prezidenti Kris Delani bildirib. – Oxygene bizim təfəkkürümüzə meydan oxuyur, həmçinin ağıllı, təhlükəsiz və davamlı mobil gələcək ətrafında aparılacaq müzakirələrin istiqamətini müəyyən edir”.