IT nəşəngi olan Google şirkətinin 2016-cı ildə təsis etdiyi Waymo şirkəti xüsusi olaraq pilotsuz nəqliyyat vasitələrinin (PNV) yaradılması ilə məşğuldur. Bu günə kimi amerikan şirkəti aqreqat daşıyıcıları kimi adi seriya avtomobillərindən istifadə edib. Bunlar Chrysler Pacifica və Jaguar I-Pace modelləri idi. Lakin tezliklə Waymo pilotsuz nəqliyyat vasitələri yeni, xüsusi olaraq yaradılmış texnikaya keçəcəkdirlər. Bunun üçün Google Çinin Geely holdinqi ilə razılaşma imzalayıb! Xatırlatmaq istərdik ki, bu günə qədər rəsmi olaraq Google Çində bloklanıb.

Geely konserni tərəfdən Waymo ilə əməkdaşlığa Zeekr şirkəti cəlb olunub. Bu marka bahalı və qabaqcıl elektromobillərin istehsalı üçün təsis edilib və bu ilin yazında fəaliyyətə başlayıb. Satışda hələlik yeganə avtomobil – Zeekr 001 modeli var, lakin pilotsuz nəqliyyat vasitələri üçün SEA (Sustainable Experience Architecture) platformasında inşa ediləcək yeni elektromobil hazırlanacaqdır. Bu iş Geely holdinqinə daxil olan və İsveçdə fəaliyyət göstərən CEVT (China Europe Vehicle Technology Centre) bölməsinə tapşırılıb.

Hələlik Zeekr-Waymo robot - taksisinin bir neçə kompüter renderi dərc edilib. Bu, mərkəzi kuzov dayağı olmayan sürüşərək açılan qapılar ilə təchiz edilmiş elektrik hetçbekidir. Geniş salon rəvan döşəməyə malikdir, ənənəvi idarəetmə orqanları isə ümumiyyətlə nəzərdə tutulmayıb – elektromobil tam ölçülü Waymo Driver avtopilotuna malik olacaqdır. Sonuncu hələlik tam hazır deyil və artıq bir neçə ildir ki, amerikan şəhərlərinin küçələrində sınaqdan keçirilir. Birgə pilotsuz nəqliyyat vasitələri Çində Geely holdinqi tərəfindən istehsal ediləcəkdirlər. Onların Amerikaya çatdırılması ilə bilavasitə Google ğzü məşğul olacaqdır. Lakin bu planın reallaşdırılması müddəti açıqlanmayıb.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.