Google şirkəti ABŞ dövlət orqanlarında toqquşma zamanı piyadanı avtomobilin kapotuna yapışdıran xüsusi örtüyün patentini qeydiyyata almışdır. Ərizə 2014-cü ildə veridiyinə baxmayaraq Amerika Birləşmiş Ştatlarının patent və əmtəə nişanları üzrə idarəsi indi razılıq vermişdir. Bu müddət ərzində Google mütəxəssisləri boş durmayaraq toz ilə təmas etməyən xüsusi örtük də hazırlamışdırlar. Xüsusi yapışqan qatı avtomobilin önünə vurulan digər yapışqan olmayan örtüyün altında qalacaqdır. Yapışqan qat faktiki olaraq yumurta qabığını xatırladır. Zərbə zamanı ğrtük dağılır və yapışqan üzə çıxaraq insanı kapotda tutub-saxlayır.

Google şirkətində bu yeniliyin faktiki olaraq piyadanın «ikinci zərbələrdən» alınan zədələrdən qorumaq məqsədini daşıdığını bildirir. «Ikinci zərbə» dedikdə qəza zamanı piyadanın avtomobilin alın şüşəsi, asfalt örtüyü və digər avtomobillərlə təması nəzərdə tutulur.

Faktiki olaraq bu sistem piyadanı ətrafdakı avtomobillərin təkərləri altında qalmaqdan xilas edə bilər.

«Yapışqan kapotun» artıq sınaqları aparılan pilotsuz Google avtomobillərində tətbiq ediləcəyi ehtimal edilir.