McLaren F1 və Mercedes-Benz SLR McLaren modellərinin yaradıcısı olan Qordon Marrinin təsis etdiyi Gordon Murray Automotive şirkəti ilk modelinin tizerini dərc edib.
Şirkət nümayədələrinin sözlərinə görə, iki oturacaqlı superkar bu günə qədər ümumi yollarda istismarına icazə verilmiş avtomobillərin malik olmadığı «ən mükəmməl aerodinamikaya» sahib olacaqdır. Superkarın inşasında, avtomobilin çəkisini 50 faiz azaltmağa imkan verən iStream superlight texnologiyasından istifadə ediləcəkdir. Superkarın hibrid güc aqreqatının əsasını üç silindrli mühərrik təşkil edəcəkdir. Modelin çəkisi bir tondan çox olmayacaqdır.
«Yüngülləşdirilmiş» texnologiya adi iStream texnologiyasından polad və karbonplastik elementlərin əvəzinə yüksək möhkəmlikli alüminiumdan hazırlanmış komponentlərin istifadəni nəzərdə tutur. Bu texnologiya əsasında yaradılan kuzov daha möhkəm və uzun ömürlü olur. Qordon Marrinin müəllifi olduğu iStream texnologiyasından bir çox şirkətlər, ö cümlədən də Yamaha və TVR şirkətləri istifadə edirlər. Məsələn, TVR Griffith kupesində bu texnologiyadan istifadə edilib.