Great Wall konserni xüsusi Frontier Limited Edition versiyasında olan çərçivəli Tank 300 ofrouderinin satışlarına başlayıb. Xüsusi versiya orijinaldan kuzov dəsti, xüsusi ofroud şinləri, bedlokları olan təkər diskləri, zavod güc baqajı, yenidən işlənmiş səsboğucu sistemi, quraşdırılmış bucurqad və orijinal livrayası ilə fərqlənir.
Yolsuzluq üçün hazırlanmış Tank 300 modeli üçün 280 min yuan (71 min manaat) istəyirlər. Bu isə, “çinlinin” Min bazarında 560 min yuana (142 min manat) satılan dördqapılı Jeep Wrangler Rubicon modelindən iki dəfə ucuz olduğu deməkdir.
Frontier Limited Edition xüsusi versiyasını tanımaq asandır: ofrouder “Tank” yazısı olan orijinal radiator barmaqlığına, 265/70 R18 ölçülü şinlərə, kuzov rəngində haşiyələri, antrasit mərkəzləri və gümüş bedlokları olan təkər disklərinə, adi bamperləri əvəzləmiş polad güc bamperlərinə, 4,3 tonluq elektrik bucurqadına və təkər tağlarının genişləndiricilərinə sahib olub.
Təkmilləşdirmə sayəsində ofrouderin həndəsi keçid qabiliyyəti yaxşılaşıb - şnorkel ilə təchiz edilmiş Tank 300 Frontier Limited Edition 900 millimetr dərinliyi olan çay keçidini qət etməyə qadirdir. Klirensi 224 millimetrdən 249 millimetrə, giriş bucağı 33-dən 36-ya, çıxış bucağı isə 34-dən 37 dərəcəyə qədər artırılıb. Yan tərəfdə güc ayaqaltıları peyda olub, damdakı baqaj çadırın quraşdırılmasını təmin edir.
Texniki cəhətdən heç bir dəyişiklik yoxdur: xüsusi versiya 227 at qüvvəli (387 Nm) 2.0-litrlik turbomühərrikə, 8-pilləli “avtomata”, tam ötürməyə və azaldıcı pilləyə malikdir. Təkərlərarası diferensial kilidləri “bazadadır”. Ofrouderin təchizatı zəngindir, odur ki, iki 12,3-düymlük displeyi olan multimedia sistemi standart avadanlıqdır.
Jeep Wrangler Rubicon modeli Səma İmperatorluğunda yalnız 2,0-litrlik turbomühərriklə (266 at qüvvəsi, 400 Nm) təklif olunur, lakin zavod ofroud tüninqi hətta 560 min yuana satılan top versiya üçün əlçatan deyil. Great Wall konserni Tank 300 Frontier Limited Edition modelinin ixrac perspektivləri barədə açıqlama verməyib.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.