Quançjouda keçirilən avtosalonda Great Wall Motor korporasiyasının tərkibinə daxil olan Salon markası maraqlı bir sedanı nümayiş etdirib. Bu brendə cavabdeh olan törəmə Shanghai Zhixing Industrial Co şirkəti 2020-ci ilində təsis edilib.
Yeni Salon brendi elektrik və hidrogen avtomobillərinin buraxılmasına cavabdeh olacaqdır. Özü də, söhbət premium seqmentinə iddialı olan avtomobillərdən gedir. Bu markanın avtomobillərinin qiyməti 400-800 min yuan ( 106-212 minmanat) arasında olacaqdır. Bir sözlə, “Böyük Divar” Hongqi markasının və dünyanın ən nüfuzlu avtomobil istehsalçılarının ərazisinə daxil olur.
Salon markasının ilk modeli Mecha Dragon sedanıdır. Sedanın yaradıcıları, dünya qrandlarının sərəncamında olmayan bütün qabaqcıl texnologiyaları bu modeldə cəmləməyə çalışıblar. Hər halda belə bəyan edilib. Məsələn, Captain-Cruise avtopilotu dörd lidara malik olacaqdır!
GM konserni bu yaxınlarda yalnız bir lidarlı avtopilotu hazırladığını bəyan edib. Başqa görüntü orqanları da var – yeddi kamera və 12 ultrasəs radarı. Sistemin mərkəzi prosessoru isə, 400 tops (saniyədə trilyon əməliyyat) məhsuldarlığa malikdir. Avtoparklayıcı, habelə digər avtomobillər və yol infrastrukturu ilə məlumat mübadiləsi aparan V2X sistemi də nəzərdə tutulub.
Salon Mecha Dragon ayrı baqaj bölməsi və geniş salonu olan beşmetrlik sedandır. Salonda rəvan döşəməni və media sistemin ön paneldəki geniş ekranını görmək mümkündür. Bununla belə, avtomobilin texniki hissəsi barədə ətraflı məlumat verilib. Sedan ümümu hasilatı 544 at qüvvəsi və 750 Nm olan iki elektrik mühərriki (hər oxda biri) ilə hərəkətə gəlir.
Batareyanın tutumu 115 kilovat-saatdır ki, bu da köhnəlmiş NEDC dövrünə əsasən 802 kilometr yürüş məsafəsini təmin etməlidir. Sedan 100 km/saat həddini 3,7 saniyəyəyə toplayacaqdır. Ön təkərlərdə dördporşenli mexanizmləri olan Brembo əyləc mexanizmləri quraşdırılır.
Mecha Dragon sedanının elektrik sistemi 800-voltluq gərginliyə, daimi cərəyanlı şarj qurğusu isə 470 kilovat gücə hesablanıb. 400 kilometrlik yürüş ehtiyatını cəmi 10 dəqiqə ərzində bərpa etmək mümkündür. Belə gücə malik olan yükləmə terminalları hələlik Çindən kənarda mövcud deyillər. Məsələn, bu yaxınlarda İsveç-İsveçrə mənşəli ABB şirkəti 360 kilovat gücü olan “dünyanın ən güclü yükləmə stansiyasını” təqdim edib.
Great Wall konserni Salon elektromobillərinin seriya istehsalına 2022-ci ildə başlamağı planlaşdırır. Mecha Dragon modelinin ilk “salamlama” partiyası 101 avtomobildən ibarət olacaqdır. Hər bir avtomobilin qiyməti 76 min dollar təşkil edəcəkdir.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.