BMW şirkəti Ineos Automotive şirkəti tərəfindən inşa ediləcək “Land Rover fəlsəfəsinə malik olan” ofrouder üçün benzin və dizel mühərrikləri çatdıracaqdır. Cim Retkliffin sahibi olduğu Ineos Automotive bu layihədə iştirak üçün Mbtech və Magna International mühəndislik firmalarını cəlb edib.
Grenadier layihəsi çərçivəsində yaradılacaq ofrouderin əsasını Ineos mühəndisləri tərəfindən hazırlanmış polad rama təşkil edəcəkdir. Avtomobilin kuzovu isə tamamilə alüminiumdan hazırlanacaqdır. Ofrouderin hazırlanması işlərində Mbtech firmasının 200 mütəxəssisi iştirak edir. Inoes isə 50 mütəxəssislər təmsil olunur. Artıq bir prototip hazırlanıb və keçən ilin yayından onun testləri həyata keçirilir.
“Qrenadyor” modelinin dizaynının necə olacağı hələlik məlum deyil. Lakin, Ineos nümayəndələri avtomobilin unikal firma üslubunda dizayna malik olacağına ümid edirlər. Böyük ehtimalla ofrouder orijinal Land Rover Defender modelinə bənzə olacaqdır. Bundan başqa, şirkət nümayəndələri avtomobilin yüksək təmirə yararlığından, yanacağın keyfiyyətinə o qədər də tələbkar olmadığından, salonun tərtibatında istifadə edilən materiallara xüsusi yanaşmadan və avtomobilin Afrika, Avstraliyada istismara uyğun olmasından söz açıblar. Ofrouderin 2020-ci ildə debüt edəcəyi gözlənilir. Onun satışlarına 2021-ci ildə başlanmalıdır.