Hammann Motorsport atelyesinin mütəxəssisləri “bərkgedən” BMW M2 Coupe modeli üçün yeni təkmilləşdirmələr proqramını hazırlamışdırlar. Bavariyalı texnikanın fanatları arasında populyar olan kupe çoxsaylı yenilikləri əldə etmişdir. Bu yeniliklər avtomobilin həm görkəmini, həm də texniki hissəsini dəyişmişdir.
Tünerlərin əlindən çıxan “bərkgedən” kupenin kütləvi nümayişi Sürixdə işinə başlayacaq avtosalonda baş tutacaqdır. Avtomobil yeni aerodinamik kuzov dəstini, karbondan hazırlanmış radiator barmaqlığını (opsional), ön fənərlərin “kirpiklərini”, yeni yan kandarları, arxa spoyler və diffuzoru əldə etmişdir. Əlavə olaraq, avtomobilin bütün işıq texnikası tünləşdirilmişdir. Vizual yeniliklərlə bərabər, təkmilləşdirilmiş BMW M2 Coupe modeli yenilənmiş 3,0-litrlik altı silindirli mühərriklə təchiz edilmişdir ki, standart olaraq 370 at qüvvəsinə və 465 nm fırlanma anına malik olan mühərrikin gücü 420 at qüvvəsinə, fırlanma anı isə 530 Nm-ə qədər artırılmışdır. Bundan başqa, avtomobil yeni idman buraxılış sistemini və otimallaşdırılmış idarəetmə blokunu əldə etmişdir.
Tünunq edilmiş kupe 100 km/saat həddini 4,2 saniyəyə toplayır.