Dünən də xəbər verdiyimiz kimi, The Grand Tour şousunun aparıcıları verlişin test-pilotu rolunu ifa edəcək şəxsin axtarışındadırlar.
Dünən Ceremi Klarkson, Ceyms Mey və Riçard Hammond sonuncunun təklif etdiyi kaskadyoru sınamaq qərarına gəlmişdilər. Nəticədə kaskadyor avtomobil ilə yük avtomobilin üzərindən atlayaraq ofis binasına girmişdi. Aparıcılar isə, əvvəlki nəsil Clio RS hetçbekinin darmadağın edilməsinə şahidlik etmişdilər.
Bu gün onlar Hammondun təklif etdiyi kaskadyora ikinci şans vermək qərarına gəliblər. Bu dəfə də işlər tərs gedib. Kaskadyor Renault Megane RS avtomobilini aşıraraq məhv edib. Deyəsən şou iştirakçıları Renault markasına mənsub olan «qaynar» modellərin məhv edilməsindən xüsusi həzz alırlar.
Xatırladaq ki, bir müddət bundan öncə, Ceremi Klarkson, Riçard Hammond və Ceyms Mey keçmiş Formula 1 pilotu Mark Uebberi sınaqlara dəvət etmişdilər. Lakin, sınaqlar zamanı Uebberin Porsche avtomobilindən başqa digər avtomobilləri sürətlə idarə edə bilmədiyi aşkar edilib.
“Qrand Tur” verlişinin ikinci mövsümü 8 dekabrdan başlayaraq yayıma çıxacaqdır. Şounun yaradıcıları, dəvət edilmiş məşhurların “öldüyü” Celebrity Brain Crash rubriksaından və avtomobilləri trekdə sınaqdan çıxaran “Amerikalı” personajından imtina etmək qərarına gəliblər.