Ayaqqabının keyfiyyəti və təyinatının insan sağlamlığına, avtomobil idarə edərkən isə sürücünün yoldakı təhlükəsizliyinə böyük təsiri var. Böyük Britaniyada keçirilmiş araşdırma zamanı sorğuda iştirak edənlərin 27%-i avtomobil idarə etdiyi zaman ayaqqabıya görə problem yaşadığını, 2% isə qəza törətdiyini etiraf edib.
Avtomobil idarəsi üçün xüsusi ayaqqabılar - “Driver”lər yaxud “Driving shoes” (sürücü çəkməsi) mövcuddur. Driver ingilis dilindən sürücü kimi tərcümə olunsa da, lakin bu növünün belə adlandırılması “to drive”dan yaranıb və mokasinin (yaxud loafer) bir növüdür.
Driving shoes (Sürücü çəkməsi) patenti
Driving shoes (Sürücü çəkməsi) 1963-cü ildə Gianni Mostile tərəfindən patentləşdirilmişdir. Zəngin təbəqə üçün yaradılmış bu çəkmələr bahalı italyan avtomobillərinin sahiblərinin istəkləri ilə yaradılan ayaqqabı növüdür.
✽ Bu məqaləyə də baxın – Ayaqqabını necə seçmək lazımdır ➤
Onlar Driver-lərin funksiallığına heyran qalaraq sahib olduqları gran turizno, berlinetta, kupe və rodster avtomobillərini dinamik idarə etmək üçün geyinirdilər. Bu sonradan dəb halını alır. Onlar sürətli idarə etmə zamanı ayaq sürüşməsinin qarşısını alaraq, avtomobili pedallarını daha həssas hiss etmə imkanı verirdilər. Həm də çəkmələr az yer tutduğu üçün onları çantada daşımaq rahat idi.
Driver çəkmələri müxtəlif rənglərdə təklif olunur
80-ci ildən Driver-lər dəbə minir, bununla yanaşı qiyməti ucuzlaşaraq, daha geniş alıcı təbəqəsi üçün əlçatan olur. Onların gündəlik istifadəsinə məhz bu zaman başlanılır. Driver-lər isti hava və istirahətdə əvəzolunmaz və dəbli ayaqqabıya çerilərək hal hazırda da çox populyardır.
Driver-lər mokasin əsasında yaradılıb və onun altlığına kiçik rezin parçaları yerləşdirilib ki, sürüşmənin qarşısını alsın. İncə və yumşaq dəridən tikilərək, ayaq üçün rahatlıq yaradır.
Qadınlar da Driver-lərin rahatlığını etiraf edirlər, xüsusi ilə də sükan arxasında
Yaz-yay mövsümlərində çox populyar olan bu çəkmələr kişilər tərəfindən o qədər sevilir ki, fəşn dizaynerlər onları qadınlar üçün də təklif etməyə başlayırlar. Bu çəkmələrin rahat olması ilə yanaşı gündəlik (casual) geyimlə çox gözəl və dəbli görünür. Artıq demək olar ki, hamının qarderobunda Driver çəkmələri var.
Avtomobildə təhlükəsizliyə gəldikdə isə, qadınların yüksəkdabanllı ayaqqabıları çox təhlüklədir. Kiçik dabanlı ayaqqabılar isə pedallarla hissiyat kontaktını azaldır. Bəzən qadın sürücülər avtomobili ayaqqabısını çıxararaq ayaqyalın, yaxud kolqotqa və ya corabda idarə edirlər.
Yüksək dabanlı ayaqqabı sürücü üçün təhlükə yarada bilər
Bu ayaqları tərlədib, sürüşkən edə bilər. Kişilər isə yay sezonunda tərlikdən (səndəl, şəp-şəp, flip-flop, vyetnamka) istifadə edirlər. Bunların hamısı təhlükəlidir və ayağın pedallara, döşəmə və ya ayaqaltına ilişərək təhlükə, qəza şəraitində isə maneçilik yarada bilər, ayaqyalın pedala basma zamanı travma alma riski var.
✽ Bu məqaləyə də baxın – Ayaqqabını göstər deyim kimsən ➤
Təzyiqdən yaranan qüvvə ayağın topasına yönəlir, çəkmənin altlığı isə bu qüvvəni topaya bərabər bölüşdürür. Həmçinin, ayaqda qıc olma və spazmalar yarana bilər ki, bu da öz növbəsində qəza vəziyyəti yaratma riskinə çevrilə bilər. Bu səbəblərdən də, Driver-lərin istfadəsi daha məqsədəuyğundur. Onlar yumşaqdır, ayağa yaxşı oturur, sıxmır, təbii materiallardan - dəri və zamşadan hazırlanır.
Driver-lər pedalları daha həssas idarəetmə imkanı verir
Driver-lər məhz automobilin təhlükəsiz idarə olunması üçün ən uyğun ayaqqabı növüdür. İdarəetmə zamanı, xüsusilə pedallardan davamlı istifadə ayağa, xüsusilə topuğa, pəncəyə və dabana təzyiqi artırır. Ona görə də, ayaqqabıların altı kifayət qədər nazik olmalıdır (10 mm-ə qədər). Daha qalın altlıq pedalları yaxşı hiss etməyə imkan vermir, bu da sürətlənmə yaxud əyləcləmə zamanı lazımi təzyiq göstərməkdə çətinlik yaradır. Altlıq pedaldan geniş olmamalıdır, çünki digər pedalın basılmasına səbəb ola bilər.
✽ Baza qarderob haqqında – Kişinin qarderobunda olmalı 32 predmet ➤
Əksər modellərdə Driver-lərin dabanı olmur, altlıq düzdür və daban onun davamıdır. Lakin, Driver-lərin daban hissəsi ikiqat dəri təbəqəsi və ya nazik dabanla gücləndirilir. Altlıq düz olsa da arxa xarici hissə 4 mm qalınlıqlı protektor (qoruyucu) ilə gücləndirilir.
Rahatlıq üçün arxa hissə protektor (qoruyucu) ilə gücləndirilir
Driver-lərə alternativ olaraq bir çox məhşur markalar avtomobil idarə etmək üçün xüsusi model krosovkalar təklif edirlər. Altı nazik olan kəzual krosovkaları Adidas, Puma, idmançılar üçün xususi geyim istehsalçıları - Sparco və Alpinestars kimi firmaların model xətlərində tapmaq olar.
Avtomobil sürmək üçün yaranmış çəkmələr sizin nə qədər “cool” olmağınız göstərmək və lovğalanmaq üçün deyil, yollarda və avtomobildə təhlükəsizlik üçün lazımdır. Təhlükəsizliklə yanaşı əgər həm də dəbli və eleqant görünüş olarsa, bu digər bir üstünlükdür.