Amerika Birləşmiş Ştatlarında yerləşən və məşhur motosikl istehsalçısı olan Harley-Davidson şirkəti dünya üzrə 57 min motosikli servis kampaniyası haqqında bəyanat vermişdir.
Servis kampaniyası2 iyul 2016-cı ildən bu ilin 9 mayına kimi buraxılmış Electra Glide Ultra Classic, Police Electra Glide, Police Road King, Road King, Road King Special, Street Glide, Street Glide Special, Road Glide və Road Glide Special modellərinə aiddir. Geriçağırma kampaniyasına səbəb yağ borusunun sıradan çıxma ehtimalının olmasıdır. Bu nasazlıq yağın arxa təkərə düşməsinə, bu isə, öz növbəsində, qəzaya səbəb ola bilər.
Bu günə bu nasazlıq ucbatından baş vermiş iki YNH və bir xəsarət qeydə alınmışdır.