Harman şirlkəti Las-Veqasda keçirilən CES 2018 istehlak elektronikasının sərgisində “ağıllı” Digital Cockpit ön panelini nümayiş etdirib. Maserati GranCabrio modelinə quraşdırılan panel öz elastiklik və miqyaslandırması ilə seçilir. Bu səbəbdən də kokpiti müxtəlif modellər üçün uyğunlaşdırmaq mümkündür.
Harman tərəfində italyan kabrioleti yalnız diqqəti daha çox cəlb etmək məqsədi ilə seçilib. Kokpitin əsas xüsusiyyəti avtomobil sənayesində tətbiq edilən və kvant nöqtələrinə (OLED) əsaslanan displeyin olmasıdır. Samsung markasından olan OLED televizorları kimi, bu display də parlaqlıq səviyyəsindən asılı olaraq 100 faizlik rəng həcmini təmin edir.
Displey diod qruplarının birbaşa işıqlandırılmasını və ya local tündləşdirilməsini istifadə edir ki, bu da enerji sərfini ciddi şəkildə azaldır.
Maserati konseptual interyerində və öz stendində Harman şirkəti orqanik işıqdiodlarından bir neçə displeyi nümayiş etdirib.
Qeyd etmək gərəkdir ki, sürücü və sərnişinlər mərkəzi ekranı birlikdə və ya ayrıca istifadə etmək imkanına malikdirlər. Üstəlik onlar müxtəlif bulud xidmətlərindən yararlana bilərlər.
İri ekran lazım olmadıqda o nazik zolağa çevrilir və harmonik şəkildə interyerlə uyğunlaşır
Mərkəzi konsoldakı üç yumru formalı dəstək də OLED displeylərə sahib olubdurlar. Onlar salondakı temperaturanı idarə edir, vaxtı göstərir və Microsoft Cortana və Amazon Alexa səs köməkçilərindən istifadə etmək imkanı yaradır. Aşağıda avtomobilin tənzimləmələrinə daxil olmağa imkan verən kiçik OLED display yerləşdirilib.
Bunların arasında əyilən, şəffaf və formasının sərbəst konfiqurasiyalı malik olan elastic displeylər də vardır. OLED işıqlandırma texnologiyası ilə birlikdə bu konsepsiya dizaynerlərə geniş imkanlar təqdim edəcəkdir. Ekranlarla yanaşı Harman və Samsung şirkətləri Las-Veqasda avtomobil istehsalçıları üçün nəzərdə tutulan bir neçə yeniliyi də təqdim ediblər. Bunlar 5G rabitə standartı ilə işləyən system və üçüncüdən beşinci səviyyəyə qədər olan avtopilotlar üçün nəzərdə tutulan Driveline açıq modul platformasıdır.
Bu platforma ilə birlikdə tərəfdaşlar müxtəlif sensor və vericiləri bazara çıxarmağı planlaşdırırlar.