Alman Hartmann atelyesi Mercedes-Benz Sprinter mikroavtobusu üçün hazırladığı tüninq proqramını təqdim etmişdir. Sprinter tüninqdən sonra təkər üzərindəki kiçik mənzilə çevrilmişdir.

Avtomobilin əsas xüsusiyyətlərindən biri modul alüminium döşəmə olmuşdur ki, bu döşəmə sayəsində salonda içərisində 12 litrlik əl-üz yuyan, ikigözlü plitə, kiçik soyuducu və əşyaların saxlanışlması üçün bölmələri olan dolablar quraşdırılmışdır.

Bundan başqa, Sprinter qatlanan stola, LED işıqlandırmaya, əlavə akkumulyatora, iki 230 voltluq  rozetkaya və  iki çarpayıya sahib olmuşdur.  Salonun səs izolyasiyası da gücləndirilmişdir.

Modul döşəmə avtomobilin yük hissəsində də oturacaqları hərəkət etdirməyə və ümumiyyətlə yeni quraşdırılan avadanlığı tamamilə çıxarmağa imkan verir. Beləliklə, Sprinter tez bir zamanda furqona çevrilə bilər. Ənənəyə uyğun olaraq avtomobil yeni aerodinamik kuzov dəsti və VEST təkər diskləri ilə təchiz edilmişdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt