Haval Dagou bizə yaxşı tanış olan Dargo krossoverinin Çindəki adıdır. O, vətənində beş il əvvəl debüt edib və həmin vaxtdan bəri 600 mindən çox nüsxədə satılıb. Bu, sırf benzin mühərriki ilə təklif olunan avtomobil üçün çox yaxşı göstəricidir. Ötən il Dagou mikrorestaylinqdən keçib və ön hissənin yeni tərtibatına sahib olub. İndi isə, krossover tamölçülü yenilənməyə məruz qalıb: Çində 2026-cı model ilinin Haval Dagou krossoveri təqdim edilib.

Restaylinqdən əvvəlki krossover
Avtomobilin zahirində baş vermiş dəyişikliklər cüzi xarakterə malikdir: yenə də yeni radiator barmaqlığı olan fərqli ön tərəf peyda olub, kuzovun rəng palitrasına yenidən baxılıb, arxa tərəfdə isə, Haval brendinin əvəzinə GWM şirkətinin iri hərlərlə yazılmış adı var. Arxa fənərləri birləşdirən işıqlanan bənd keçən ildən bəri Dagou modelində quraşdırılır.
İnteryerdəki dəyişikliklər daha çoxdur. Ön panel əvvəlkidir, lakin media sisteminin ekranı artıq inteqrasiya olunmayıb, onun üzərinə quraşdırılıb. Üstəlik, displeyin diaqonalı 12,3-dən 14,6 düymədək artırılıb, onun səthi isə, daha az parıltı verir. Multimedia sistemi yeni firma Coffee OS 3 qabığına, yeni onlayn xidmətlərinə və genişləndirilmiş səsli idarəetməyə malikdir.

2026-cı model ilinin krossoveri
Yeni ikiqollu sükan - GWM şirkətinin digər son modellərindəki kimidir. Tramsmissiyanın selektru indi sükan sütununun sağ tərəfində yerləşir. Bununla birlikdə, selektroun əvvəllər yerləşdiyi mərkəzi tuneldəki məkandan qəribə bir şəkildə istifadə olunub: orada sadəcə xırda əşyalar üçün bir yer təşkil edilib. Nəhayət, ön oturacaqların içliyi dəyişdirilib.
Heç bir texniki yenilik elan edilməyib. Çində Haval Dagou iki versiyada satılır. Birinci versiya 1,5-litrlik “turbodördlük” (184 at qüvvəsi), yeddi pilləli “robot” və ön ötürmə, ikinci versiya isə, 2,0-litrlik turbomühərriki (238 at qüvvəsi), doqquz pilləli “robot” və tam ötürmə ilə təklif olunur. Dagou əvvəlki kimi, hibrid modifikasiyaya malik deyil.
Çində yenilənmiş krossoverlərin satışı yayın sonuna qədər başlanmalıdır. Qiymətlər hələlik açıqlanmayıblar. Yenilənmədən əvvəlki krossover indi 124-150 min yuan (təxminın 29 -35 min manat) arasında dəyişən qiymətlərlə satılır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.