Haval F7 və Haval F7x krossoverlərinin yenilənməsi prosesi gözlənildiyindən daha genişmiqyaslı olub. Yeni bamperlər, başqa duman əleyhinə fənərlər, geniş torşəkilli radiator barmaqlığı və kuzovun qırmızı rəngi yalnız aysberqin görünən hissəsidir. Əlavə olaraq, avtomobillərin interyeri yenilənib və opsiyalar siyahısı da genişləndirilib.
Ön paneli yeni meidasistemə görə modernizasiya edilib: 9-düymlük ekranı 12,3-düymlük variant əvəzləyib və displey artıq panelin üzərində quraşdırılır. Bundan başqa, yeni dekorativ örtmələr və havalandırma deflektorları peyda olublar. 7,0 düymlük virtual cihazlar paneli də yerini 12,3-düymlüyə verib və yenidən nəzərdən keçirilmiş qrafikaya malik olub. Bir zonalı klimat-kontrolun əvəzinə ikizonalısı təklif edilir.
Salonun rəng tərtibatının variantları da artırılıb. Qara tərtibat variantı ilə yanaşı, bej rəngində haşiyələri olan göy tərtibat, kupeşəkilli F7x üçün isə, qırmızı haşiyələri olan qara tərtibat variantları da təklif edilirlər. Üzləmə üçün təkcə parça və süni dəri deyil, habelə bu materialların birləşməsi də istifadə olunur.
Yeni opsiyalar arasında sürücü oturacağının havalandırması, avtoparklayıcı və alın şüşəsinin bütün sahəsinin elektriklə qızdırılması (əvvəllər yalnız şüşəsilənlərin durduğu hissə qızıdırılırdı) da var. Nəhayət, şüşəsilən maye üçün nəzərdə tutulmuş bakın həcmi 2,7 litrdən 4,5 litrə qədər artırılıb.
Güc aqreqatları dəyişməyib: krossoverlər 150 at qüvvəli 1,5-litrlik və 190 at qüvvəli 2,0-litrlik benzin turbomühərrikləri və 7-pilləli preselektiv “robot” ilə təchiz edilirlər Ötürmə - önə və tamdır. Restaylinq keçmiş avtomobillərin qiymətləri və spesifikasiyaları sonra açıqlanacaqlar.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.