Qabaqcıl şassinin ətrafında yaradılmış və 2,0-litrlik yeni turbomühərrik ilə təchiz edilən üçüncü nəsil Haval H6 krossoveri kupeşəkilli versiyaya sahib olacaqdır. Gələcək kross-kupenin patent şəkilləri açıq CNIPA bazasında aşkar edilib. Yeni krossover H6x adlandırılacaq və adi H6 modeli ilə maksimum şəkildə unifikasiya ediləcəkdir.
Haval H6 bestsellerinin model xəttinin kupeşəkilli H6x modeli ilə genişləndirilməsi qərarı məntiqlidir, çünki bunun üçün avtomobilin xarici görkəmini bir balaca dəyişdirmək kifayət edir. Patent təsvirlərindən göründüyü kimi, üçüncü nəslin H6 modelləri yalnız kuzovun arxa çıxışı və baqaj qapağının dizaynı ilə fərqlənir. Qapılar, bamperlər və arxa fənərlər isə eynidir.
Kupeşəkilli Haval H6x modeli orijinal kuzova malik olsa da, modellərin ön hissəsi eynidır və ümumi ölçüləri millimetr dəqiqliyi ilə üst-üstə düşəcəkdir, çünki mövcud olan dəbdən fərqli olaraq, dam xətti onun uzunluğu boyu deyil, yalnız arxa hissədə enişə keçəcəkdir. Buna görə də, avtomobilin uzunluğu 4653 millimetr, eni - 1886 millimetr, hündürlüyü isə 1738 millimetr olacaqdır.
Mühərrik xətti və transmissiyalar da üst-üstə düşəcəkdir: H6 və H6x modelləri standart olaraq 169 at qüvvəsi və 285 Nm fırlanma anı hasil edən 1,5-litrlik dördsilindrli benzin turbomühərriki, top versiyalar isə 224 at qüvvəsi və 385 Nm fırlanma anı hasil edən 2,0-litrlik yeni 4N20 modul mühərriki ilə təchiz ediləcəkdirlər. Hər iki turbomühərrik 7-pilləli robot ilə tandemdə çalışacaqdırlar. Çində ön ötrüməyə alternativ olmayacaqdır.
Çox güman ki, Haval H6x modeli daha zəngin avadanlığa malik olan təchizat səviyyələri ilə təklif ediləcəkdir və buna görə də, kross-kupe adi H6 modelindən bir qədər bahalı olacaqdır. Xatırladaq ki, Haval H6 modelinin qiyməti 98 -141 min yuan arasında dəyişir. Avtomobil istehsalçısı kupeşəkilli versiyanın təqdimat tarixini açıqlamasa da, ümumiyyətlə patent təsvirlərinin dərcindən təqdimatın keçirilməsinə qədər 2-3 ay vaxt tələb olunur.