Haval H6 krossoveri son 100 ayın satış göstəricilərinə görə öz seqmentində bestseller olub. Rəqbətin böyük olduğu Çin bazarda Great Wall konserninin krossoveri səkkiz ildir ki, böyük üstünlüyə malikdir – 2011-ci ildəki debütündən bu günə qədər avtomobil 3,6 milyondan çox alıcıəsını tapıb. Aylıq satış göstəricisi üzrə rekord (80,5 min ədəd) 2016-cı ilin dekabr ayında qeydə alınmışdı və bu günə qədər heç bir krossover və ya ofrouder bu nəticəni təkrarlaya bilməyib.

Haval H6S

Haval H6 modelinin Çindəki uğuru hiyləgər marketinq siyasəti ilə izah olunur – burada, eyni zamanda, H6 modelinin üç nəsli satılır. Başqa faktorlar da var: yaxşı təchizata və müasir 2,0-litrlik mühərrikə malik olan krossoverin qiyməti 157 min yuanı (41,7 min manat) aşmır, modifikasiya çeşidi isə daim genişlənir. Məsələn, bu yaxınlarda hibrid güc qurğusu ilə hərəkətə gələn H6S kupeşəkilli krossoveri satışa çıxarılıb.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.