Dörd gündən sonra işinə başlayacaq Pekin avtomobil sərgisində Çin istehsalçısı olan Haval şirkəti iri ölçülü H7, avtonom idarəetmə sistemi almış yığcam H2, 1,5-litrlik mühərriki olan yenilənmiş H6 və H6 Coupe seriya krossoverləri ilə yanaşı, qırmızı və göy rəngli loqotipləri ilə seçilən yeni HR-02 və HB-02 avtomobillərini də təqdim etməyə hazırlaşır. Sonuncu iki model, çin istehsalçısının gələcək avtomobillərinin dizaynı barədə təsəvvür yaratmaq vəzifəsini almışdır.
Çinli istehsalçı avtomobilləri belə xarakterizə edir: «Qırmızı loqotipli avtomobillər dəbdəbə və komfort simvolu olaraq imkanlı və ailəli müştərilərə ünvanlanmışdır. Göy loqotipləri olan modellər isə daha dinamik və aqressiv görkəmə malikdir ki, bu avtomobillərin də əsas hədəfi gənc auditoryadır» Həmçinin, Haval şirkətindən bildirildiyinə görə, bu markanın stendi Pekin avtosalonunda olan stendlərdən ən böyüyü olacaqdır.
Çin istehsalçısının ekspozisiyası iki mərtəbəli olacaqdır.
İstehsalçının mətbuat üçün açıqlamasında, ekspozisiyanın yaradılması üçün əsas olaraq qədim Roma üslubunun götürüldüyünü, onun quruluşunun işıqlandırılması dəyişə bilən və geniş görüntü imkanları olan ovalşəkilli teatr binasına bənzər olması bildirilmişdir.