Adətən Monako trasında yüksək sürəti ilə seçilən "Red Bull" komandasının bolidləri, ötən şənbə bu uğuru təkrarlaya bilməyərək "Mercedes"ə məğlub olublar.

Sözügedən komandanın baş məsləhətçisi Helmut Markonun fikrincə, arzuolunan nəticənin əldə olunmamasının səbəbi, yarış zamanı mühərrikdə yaranan problemlə bağlıdır. Buna görə də Marko növbəti yarışlar üçün "Honda" komandasından daha güclü mühərrik gözlədiyini bildirib.

"Qarşıda hələ çox yarışlar var və bu bizim inkişafımız üçün bir səbəbdir. Yarış öncəsi bizi narahat edən problemləri həll etsək də, təəssüf ki, final günü ən güclü rəqiblərimizdən olan "Mercedes"ə məğlub olduq. Görünür gözümüzdən yayınan texniki məsələlər olub. Amma qarşıdan gələn yarışlarda belə olmayacaq, bunun üçün əvvəlkindən daha güclü mühərrik sifariş etmişik, Monzada keçiriləcək yarışda yeni mühərriklə trasa çıxmağı planlaşdırırıq. Bu mühərrikin dördüncü versiyası olduğundan,  daha effektiv olacağına şübhəm yoxdu”, - Helmut Marko açıqlama verib.