Amerikan brendlərinin modellərinin əsasında hazırladığı kifayət qədər güclü avtomobilləri ilə məşhur olan Hennessey Performance tüninq atelyesi ən ekstremal layihələrindən birinin istehsalına başlayıb. Texasdan olan şirkət Ford F-150 Raptor R pikapının hazırkı nəslinə əsaslanan 1000 at qüvvəli Hennessey VelociRaptoR 1000 Super Truck modeli yığmağa başlayıb. Avtomobil hətta tam zəmanəti də qoruyub saxlayır!

Tüninq dəstinə 3-düymlük liftinq dəst, VelociRaptor bamperləri, ofroud şinləri taxılmış Hennessey diskləri, irəli çıxan elektrikli pillə daxildir, əlavə ödəniş müqabilində isə, daha güclü Brembo əyləclərini əldə etmək olar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Amma ən əsası odur ki, pikap gücləndirilmiş kəməri olan kompressoru, yüksək məhsuldarlıqlı giriş sistemi, daha səmərəli yanacaq rampası, mühərrikin yeni idarəetmə proqramını və bir sıra digər modifikasiyaları alan yeni 3,8-litrlik aqreqatı əldə edib. Nəticədə, güc aqreqatı 1014 at qüvvəsi və 1152 Nm fırlanma anı hasil edir!

Ford F-150 Raptor R modelinin zavod versiyası 710 at qüvvəsi və 868 Nm fırlanma anı hasil edən 5,2-litrlik Predator V8 mühərriki ilə təchiz edilir. “Bərkgedən” Hennessey VelociRaptoR 1000 Super Truck superpikapı cəmi 500 nüsxədə buraxılacaq.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.