Amerikan Hennessey Performance atelyesi Exorcist adlandırdığı 1014 at qüvvəli Chevrolet Camaro modelinin məhdud saylı xüsusi seriyasını hazırlayıb. Hennessey atelyesinin 30 illik yubileyinin şərəfinə hazırlanmış Exorcist modelinin tirajı 30 nüsxə ilə məhdudlaşacaqdır. Yubiley seriyasından olan kupenin qiyməti 135 min dollardan başlayır.

Yubiley Exorcist 30th Anniversary Camaro kupesi kuzovun unikal qırmız-qara rənginə, qanadlara vurulmuş "30" rəqəminə və Hennessey Performance atelyesinin fəaliyyət gösərdiyi illərə işarə edən 1991–2021 yazısına sahib olub. Buraxılmış avtomobillərin hər birinin şassisinə 1-dən 30-a qədər sıra nömrəsi verilib.

Xüsusi nəşrin qalan hissələri “adi” Exorcist kupesindən heç nə ilə fərqlənmir. Əsas olaraq Chevrolet Camaro ZL1 modifikasiyası götürülüb. Atelye mütəxəssisləri maslkarın mexaniki kompressorunu, giriş sistemini və paylayıcı valını dəyişdirərək, paslanmayan poladdan hazırlanmış kollektoru quraşdırmış, habelə mühərrikin idarəetmə blokunu yenidən tənzimləmişlər.

Nəticədə 6,2-litrlik V8 LT4 mühərrikinin gücü 1.014 at at qüvvəsinə, fırlanma anı isə 1197 Nm-ə qədər artırılıb. Kupenin dinamikası dəyişməyib: “Şeytanqovan” sıfırdan 60 mil/saata (97 km/saat) 2,1 saniyəyə sürətlənir. Kupenin makimal sürəti 349 km/saat təşkil edir.

Yubiley Exorcist modelinin kupe və kabriolet kuzovu,mexaniki və ya avtomatik transmissiya ilə sifariş etmək olar. Üstəlik, tüninq keçmiş Camaro modeli təkcə ABŞ-da deyil, digər bazarlarda da təklif olunur.

Yubiley seriyasından olan avtomobillər, Hennessey atelyesi tərəfindən buraxılması planlaşdırılan 100 ədəd Camaro Exorcist modellərinin sonuncu nüsxələri olacaqdırlar. Xatırladaq ki, amerikan atelyesi infernal Exorcist kupesini 850 at qüvvəli Dodge Challenger Demon modelinə cavab olaraq hazırlamışdı.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Adi Camaro modelinə gəldikdə, onun tezliklə yoxa çıxacağı ehtimal olunur: Automotive News nəşrinin  əldə etdiyi məlumata əsasən, 2024 -cü ildə populyarlığını itirmiş maslkarı elektrik sedanı əvəzləyəcəkdir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.