Hennessey Special Vehicles (HSV) şirkəti Venom F5 hiperkarının açıq kuzovlu versiyasını təqdim edib. Rodster kupedən 1842 at qüvvəsi və 1617 Nm fırlanma anı hasl edən 6,6-litrlik V8 Fury biturbo mühərrikini alıb və artıq açıq kuzovlu ən güclü və ən sürətli seriya avtomobili adına iddialıdır.
Amerikalıların bildirdiyinə görə, Venom F5 Roadster modeli hazırlanan zaman onun maksimal sürətinin 482 km/saatdan çox olacağı nəzərə alınıb. Rodster texniki cəhətdən adi Venom F5 kupesi ilə eyni olduğundan, 100 km/saat həddinə təxminən 2,6 saniyəyə sürətlənməlidir.
Rodsterdəki əsas dəyişikliklər eksteryerdə baş verib. Sərt damın yerinə səkkiz kiloqram ağırlığında çıxarıla bilən kompozit panel ilə quraşdırılıb. Panel avtomobilə dörd yeyin açılan bolt və iki qıfıl ilə bərkidilir.
Dam örtüyü gərək olmadıqda, onu merinos yunundan hazırlanmış xüsusi çantada saxlamaq və ya HSV şirkətinin dizaynler komandası tərəfindən yaradılmış postamentə yerləşdirnək olar. Postament karbon lifindən hazırlanıb və onun forması hiperkarın ayrı-ayrı elementləri ilə üst-üstə düşür.
Digər maraqlı detal isə, mühərrik bölməsinin şüşə örtüyüdür. Örtük reaktiv təyyarələrdə istifadə üçün sertifikatlaşdırılıb, 540 dərəcə Selsiyə qədər olan temperaturlara və yüksək aerodinamik yüklənmələrə davamlıdır.
Şüşə karbon liflindən çərçivə ilə haşiyələnib. Onun üzərindəki dəliklər və alüminium kəsiklər vasitəsilə istilik mühərrik bölməsindən çıxarılır. Venom F5 Roadster həmçinin titandan boltları olan unikal dizaynlı döymə təkər disklərinə malikdir.
Vemon F5 modelinin şassisi ilkin olaraq modellər ailəsi üçün yaradıldığından, mühəndislərə onu demək olar ki, dəyişdirmək gərək olmayıb. Rodsterin kuzovunun burulmaya qarşı sərtliyi kupe ilə eyni səviyyəsindədir. Hiperkarın çəkisi 1405 kiloqramdır ki, bu da yeni Porsche 911 GT3 RS sportkarının çəkisindən 45 kiloqram azdır.
Venom F5 Roadster modeli 30 nüsxəlik məhdud sayda tirajla buraxılacaqdır. Hər bir rodsterin qiyməti üç milyon dollardır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.