Hennessey atelyesi səkkizinci nəsil Corvette modelini daha güclü mühərriklər ilə təchiz etməyi planlaşdırır. Belə ki, birinci mühərrik 700 at qüvvəsinə, ikinci variant isə 1200 at qüvvəsinə malik olmalıdır. Atelye nümayəndələri təkmilləşdirilmiş modelə 250 ədəd sifarişin daxil olduğunu bildiriblər.
İlkin olaraq, atelye yeni Corvette modeli üçün təkmilləşdirilmiş buraxılış sistemini təklif edəcəkdir. Təkmilləşdirmələr nəticəsində mühərrikin gücü 502-dən 700 at qüvvəsinə qədər artacaqdır. Bunun ardınca arxaçəkişli 1200 at qüvvəli versiya peyda olacaqdır. Bu variant iki turbokompressor və təkmilləşdirilmiş ikimuftalı ötürmələr qutusu ilə təchiz ediləcəkdir. Hər iki modfikasiya üçün karbondan kuzov dəsti, gücləndirilmiş Brembo əyləc mexanizmləri, tənzimlənən asqı və xüsusi olaraq hazırlanmış təkər diskləri təklif olunur.
Çətinlik ondadır ki, yeni Corvette çip-tüninqdən müdafiə olunub. Ona görə də, atelye mütəxəssisləri bu sistemi sındırıb, mühərrikin idarəetmə blokuna girişi təmin etməlidirlər.