Məşhur Hennessey Performance atelyesi Dodge Viper superkarı üçün nəzərdə tutlmuş tüninq proqramını təqdim etmişdir. Amerikan mütəxəssislər avtomobilin səkkiz litrlik V10 mühərrikinin gücü 645 at qüvvəsindən 819 at qüvvəsinə kimi artırmağa müvəffəq olmuşdurlar.

Bunun üçün amerikan atelyesinin mütəxəssisləri Viper superkarının mühərrikinə ğtürməli kompressor, interkuler, yeni injektorlar, paslanmayan poladdan hazırlanmış buraxılış sistemini quraşdırmışdılar. Bundan əlavə, mühərrikin proqram təminatı da yenilənmişdir. Təkmilləşdirmələr nəticəsində mühərrik 819 at qüvvəsinə və 1071 Nm fırlanma anına malik olmuşdur.

Təkmilləşdirilmiş Dodge Viper 96 km/saat həddinə 2,9 saniyəyə sürətlənir. Draq məsafəsi olan dördə bir milin (402 metr) qət edilməsinə isə 10,5 saniyə tələb olunur. Superkarın çıxışdakı maksimal sürəti 230 km/saat təşkil edir. Təkmilləşdirmə proqramı yenilənmiş superkarlar Dodge GTS və Dodge ACR modelləri üçün nəzərdə tutulmuşdur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt