Amerika Birləşmiş Ştatlarında yerləşən Hennessey atelyesi Ford Mustang GT modeli üçün təkmilləşdirmələr proqramını təqdim etmişdir. Bu təkmilləşdirmələr proqramı avtomobilin mühərrikinin gücünün 804 at qüvvəsinə qədər artırılmasını təklif edir. Xüsusi seriyadan olan “əzələ” avtomobillərindən məhdud sayda hazırlanacaqdır. Atmerikan atelyesi avtomobildən 25 ədəd buraxılacağını bəyan etmişdir.

HPE800 adını almış proqram beş litrlik səkkiz silindirli mühərrikə mexaniki kompressorun, yeni buraxılış sisteminin, karbondan hazırlanmış giriş sisteminin və təkmilləşdirilmiş yanacaq nasosunun quraşdırılmasını nəzərdə tutur. Bu yeniliklər sayəsində mühərrikin gücü 435 at qüvvəsindən 804 at qüvvəsinə, fırlanma anı isə 542 Nm-dən 878 Nm-ə artırılmış olur. Təkmilləşdirilmiş Mustang GT modeli yerindən 96 km/saat həddinə 3,1 saniyəyə sürətlənir. Onun maksimal sürəti isə 333 kilometr-saat təşkil edir. Hennessey tərəfindən hazırlanmış Ford Mustang GT modeli 381-millimetrlik diskləri olan Brembo əyləc mexanizmləri və tərkibinə ön splitterin, yan kandarların və arxa spoylerin daxil olduğu karbondan hazırlanmış aerodinamik kuzov dəsti ilə təchiz edilir.

HPE800 dəsti avtomobilin həm kupe, həm də kabriolet variantı üçün nəzərdə tutulmuşdur. Təkmilləşdirilmiş Ford Mustang GT modelini həm altı pilləli mexaniki, həm də altı diapazonlu avtomatik sürətlər qutusu ilə sifariş etmək mümkündür. Superkarın qiyməti haqqında heç bir məlumat verilməmişdir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt