Hennessey atelyesi Heritage Edition seriyasndan olan növbəti modeli təqdim edib. Ford Mustang kupesindən sonra Ford GT’67 Heritage Edition livreyasını “geyinmək” şərəfi Ford F-150 pikapına nəsib olub. Qırmızı rəngli kuzova malik olan pikapa ağ zolaqlar və qapı üzərindəki nömrə xüsusi ilə yaraşır.
Lakin, bunlar pikapın zahirində baş verən yeganə dəyişikliklər deyil: kuzova vurulmuş “Hennessey” emblemləri və yazıları, həmçinin avtomobilin xüsusi seriyaya məxsus olmasına işarə edən kandar lövhəcikləri də yeniliklər arasındadır. Əlbəttə ki, söhbət tüninq atelyesindən gedirsə yeniliklər bununla bitmir.
Pikapın kapotunun altında 768 at qüvvəli 5,0-litrlik V8 mühərriki yerləşir. Atelye mütəxəssisləri mühərrikin giriş və buraxılış sistemlərini təkmilləşdirmiş, yeni kompressoru, interkuleri və yanacaq sistemini quraşdırmışdırlar.
Hennessey dəbdəbəli pikap iki variantda - Sport Kit və Off-Road versiyalarında təklif edilir. Sport Kit versiyası azaldılmış klirensə, yüksək məhsuldarlıqlı şinlər ilə təchiz edilmiş 22-düymlük təkər disklərinə və Brembo əyləc mexanizmlərinə sahib olubdur. Off-Road versiyası isə 35-düymlük Toyo Off-Road yolsuzluq şinlərinə malik olan 20-düymlük təkər diskləri təchiz edilir. Əlbəttə ki, işıqdiodlarından hazırlanmış əlavə işıqlandırma və ön asqının hündürlüyünün 76 millimetr artırılması da yaddan çıxmayıbdılr.
Mənbə: Carscoops