Hennessey atelyesi Las Veqasda keçirilən SEMA tüninq sərgisində Ford F-150 Raptor pikapının altıtəkərli variantını nümayiş etdirəcəkdir. 2016-cı ildə anons edilən avtomobilin dəyəri 295000 dollardır.
Yeni pikap VelociRaptor 6x6 adını alıb. Pikap ikinci və üçüncü oxun differensialların qapanmasına, təkmilləşdirilmiş Fox yolsuzluq asqısına və «dişli» şinləri olan 20-düymlük təkər disklərinə sahib olub. Bundan başqa, altıtəkərli pikap təkmilləşdirilmiş turbokompressorlarə, paslanmayan poladdan buraxılış sistemini, tutumu artırılmış interkuleri və idarəetmə elektronikasının yeni blokunu əldə edib. Pikapın təchizatına Brembo əyləc sistemi, diodlardan işıq texnikası, mühərrik bölümünün müdafiəsi və yenidən üzlənmiş salon daxildir. VelociRaptor 6x6 modeli 456 at qüvvəsi və 692 Nm fırlanma anı hasil edən 3,5-litrlik V6 EcoBoost mühərriki ilə hərəkətə gəlir.
22500 dollar ödəməklə mühərrikini gücünü 613 at qüvvəsinə, fırlanma anını isə 843 Nm-ə artırmaq olar.