Bu yaxınlara qədər yalnız robotlaşdırılmış CIMA transmissiyası ilə təklif edilən Hennessey Venom F5 rodsteri gözlənilmədən üç pedallı versiyaya sahib olub. Bir neçə müştəri 1842 at qüvvəli monstrın idarə edilməsində daha yaxından iştirak etmək istəyib, buna görə də, dünyanın ən güclü mexaniki transmissiyalı avtomobili - Venom F5-M Roadster hiperkarı yaradılıb. Hiperkarın planlaşdırılan tirajı 12 nüsxə ilə məhdudlaşdırılıb və bütün avtomobillər artıq satılıb. Hər bir hiperkar alıcısına ən azı 2,65 milyon dollara başa gəlib.
Rodsterin mexaniki transmissiyası mühərrikin yenidən tənzimləməsini tələb edib. 6,6-litrlik V8 Fury biturbomühərrikinin gücü “sel kimi daşmır” və hissələrə bölünür - bu, bir tərəfdən iddialı sürətlənməni təmin edir, digər tərəfdən isə, yüksək sürətlərdə arxa ötürməli avtomobilə nəzarət etməyə imkan verir. Damdakı hava girişindən arxa tərəfin sonuna qədər uzanan 1,4 metr uzunluğundakı böyük "üzgəc" sabitliyi əlavə edir. Adi Venom F5 Roadster modelində belə element yoxdur.
Venom F5-M bir sıra elementləri F5 Revolution Roadster trek hiperkarından götürülüb – ön bamperdə eyni hava girişi və qanad-kanardlar var. Salonda fərqli dizayna malik olan mərkəzi konsol və tunel peyda olub – burada ötürmələr qutusunun dəstəyi, kondisionerin "şaybası" və elektrik şüşəqaldıranların metaldan düymələri yerləşir.
Texaslılar yeniliyin dinamik xüsusiyyətlərini hələlik açıqlamayıblar, lakin adi rodster 100 km/saata 2,6 saniyəyə sürətlənir və onun pasport üzrə maksimal sürəti 482 km/saatdır. Venom F5-M modelində hər iki göstəricinin daha pis olacağı gözlənilir. Ümumiyyətlə, Hennessey rodsteri 2016-cı ildən açıq avtomobillər üçün sürət rekordunu qoruyub saxlayan Venom GT Spyder ilə müqayisə edir - 427,44 km/saat.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.