Əgər siz Ford Mustang aşiqisiniz isə, və bu avtomobilin standart görkəmi ilə mühərriki sizi qane etmirsə, müraciət edəcəyiniz ünvan bəllidir - bu Hennessey Performance atelyesidir. Amerika Birləşmiş Ştatlarında ən nüfuzlu və sayılıb-seçilən tüninq şirkətlərinin biri olan Hennessey Performance şirkəti nəinki Ford avtomobilləri, eyni zamanda Chevrolet, Cadillac, Dodge, GMC və hətta Nissan avtomobilləri üçün tüninq proqramı təklif edir. Bu gün tanış olacağımız avtomobil isə, atelye mütəxəssisləri tərəfindən hazırlanmış Ford Mustang HPE750 Supercharged modelidir.

Hennessey Performance ilk növbədə «əzələ avtomobilinin» 5,0-litrlik V8 mühərriki üzərində çalışaraq onun gücünü 750 at qüvvəsinə, fırlanma anını isə 880 Nm yüksədə bilmişdirlər. Belə göstəriciləri əldə etmək üçün amerikalı mütəxəssislər ciddi dəyişikliklərə əl atmışdırlar. İlk növbədə onlar kupenin standart mühərriki 2,9-litrlik turbokompressor sistemi ilə təchiz etmiş, bununla yanaşı karbon liflərindən hazırlanmış hava filtri, yeni injektorlar və qidalanma sistemini quraşdırmışdırlar.

Əlavə olaraq, atelye mütəxəssisləri mühərrikin idarəetmə elektronikası üzərində də dəyişikliklər etmişdirlər.  Aparılmış dəyişikliklərin nəticəsi olaraq Hennessey Mustang HPE750 Supercharged kupesi 0-dan 96 km/saat həddini 3,4 saniyəyə toplayır və 330 kim/saat sürət həddini aşmaq imkanına malikdir.

Belə bir güclü avtomobilin onun güc xrakteristikalarına uyğun olan zahiri görünüşünün olması da vacibdir. Bu məqsədlə atelye dizaynerləri Mustang üçün CarbonAero adlı kuzov parçaları dəsti işləyib-hazırlamışdırlar. Bu dəstin tərkibinə 19 və ya 20 düymlük xüsusi təkər diskləri, karbondan hazırlanmış qabaq splitter, yan kandarlar və arxa spoyler də daxildir. Bununla belə, atelye mütəxəssisləri avtomobilin iç məkanında ciddi dəyişikliklər etməmişdirlər. Onlar yalnız yeni ayaqaltılarla və oturacaq başlıqlarına atelyenin adını həkk etməklə kifayətlənmişdirlər. 

Hennessey şirkəti Ford Mustang HPE750 Supercharged kupesini 500 ədədlik məhdud tirajla buraxacağını elan etmişdir. Qeyd etmək lazımdır ki, bu layihənin həyata keçirilməsində məşhur amerikalı aparaci Cey Lenonun da əməyi vardır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt