Hennessey Performance şirkəti yeni nəsil Lincoln Navigator ofroderi üçün nəzərdə tutulmuş tüninq dəstini təqdim edib. Ofroderin 3,5-litrlik V6 turbomühərrikinin gücü 456 at qüvvəsindən 608 at qüvvəsinə qədər artırılıb.
Ofroderin mühərriki dəyişdirilmiş giriş sistemi, təkmilləşdirilmiş proqram təminatı, dəyişdirilmiş üfürmə, yaxşılaşdırılmış soyutma sistemi və başqa buraxılış sistemi ilə təchiz edilib. Hennessey Performance mütəxəssislərinin hazırladığı Lincoln Navigator ofroderi 60 mil/saat (96 km/saat) həddinə 4,8 saniyəyə sürətlənir.
402 metrlik dreq məsafəsini ofroder 12,9 saniyəyə qət edir. Təkmilləşdirilmiş ofroder azaldılmış klirensə, yeni təkər disklərinə və Brembo əyləc mexanizmlərinə sahib olub. Lincoln Navigator modeli üçün nəzərdə tutulmuş təkmilləşdirmələr dəstinin qiyməti 19950 dollar təşkil edir.