Hennessey Performance atelyesi Chevrolet Camaro ZL1 kupesinin 1000 at qüvvəli variantını hazırlamışdır. Exorcist (“Ovsunçu” və ya “Şeytanı qovan”) adlandırılmış kupe, adından da göründüyü kimi, xüsusi olaraq Dodge Challenger SRT Demon modelinə qarşı hazırlanmışdır.
Standart Camaro ZL1 modeli 650 at qüvvəli 6,5-litrlik səkkiz silindrli kompressorlu mühərrik ilə təklif edilir. Hennessey mütəxəssisləri mühərriki yeni mexaniki kompressor, daha məhsuldar interkuler, başqa paylayıcı val ilə təchiz etmiş, həmçinin buraxılış sistemini, silindrlər blokunu təkmilləşdirərək electron idarəetmə blokunu yenidən proqramlaşdırmışdırlar.
Mühərrik həm altı pilləli mexaniki, həm də 10-pilləli avtomatik ötürmələr qutusu ilə təchiz edilir. Yerindən 96 km/saat həddinə “Şeytan qovan” üç saniyəyə sürətlənir. Dreq məsafəsi olan dörddə bir mili kupe 10 saniyəyə qət edir. Atelyedən bildirildiyinə görə, “Ekzorsisti” ümumi yollarda da istifadə etmək üçün icazəsi də vardır.